19:58 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Trek velosipedi üzrə Bakı Kuboku

Velosiped idmanı üzrə son yarışlardan üç ay sonra paytaxtda trek velosipedi üzrə Bakı Kuboku baş tutub. Yarışın necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin

Cümə günü paytaxt velotrekində təkbətək trek üzrə Bakı Kuboku keçirilib, medal dəstləri oynanılıb. İdman tədbiri Bakının Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Veloidman Federasiyasının birgə təşkilatçılığıyla baş tutub.

Yarışlar yuniorlar arasında, eləcə də U-15, U-17, U-23 kateqoriyaları üzrə keçirilib. Öz qüvvəsini 60-dək idmançı sınayıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yarış tamaşaçısız keçib. Qeyd edək ki, idmançılar özləri də yarış trekindən kənarda tibbi maskada idilər, Kubok başlamazdan öncə isə onların bədən hərarətləri ölçüldü.

Qarşıda idmançıları Respublika Çempionatı gözləyir, onun Azərbaycanın bölgələrindən birində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AR Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən sosial məsafənin qorunması şərtilə açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verib.

Digər fotolentlər

Əsas mövzular