23:15 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Bibiheybət yeniləşmədən sonra İtalyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır.

Bakı qəsəbələrinin yeniləşdirilməsi və yenidən qurulması proqramı çərçivəsində Balaxanıdan sonra sırada qədim Bibiheybət kəndi durur. Bu yer şübhəsiz gəzinti və fotosessiyalar üçün daha bir sevimli məkan olacaq.

Bakının qəsəbə və kəndlərinin bərpası tam ciddi şəkildə aparılır. Cəmi bir neçə həftə əvvəl müzakirələr mərkəzində Abşeronun ən qədim neft hasilatı mərkəzi – Balaxanı qəsəbəsi olub. İndi isə nəzərlər Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Orada işlər hələ tam başa çatmasa da, şəhər sakinləri artıq oraya gedib və çəkdirdikləri yeni "selfi"ləri sosial şəbəkələrdə bölüşməyə macal tapıblar.

Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Balaxanı üslubuna görə Yunanıstanın Santorini şəhəri ilə müqayisə edilirdisə, Bibiheybət yeniləşmədən sonra İtalyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır.

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, son mərhələdə qəsəbədə ağaclar əkiləcək, oturacaqlar qoyulacaq, ərazi tamamilə təmizlənəcək və həm yerli, həm də xarici turistlərin qəbulu üçün hazırlanacaq.

Xatırladaq ki, Bakının Əmircan və Ramana kimi bir sıra digər qəsəbələrində də analoji işlər aparılır.

Əlaqədar

"Bibiheybət yolu"nun açılacağı tarix bir az da uzandı
Bibiheybət yolu da bağlandı
Bibiheybət yolu bərpa edilir

Digər fotolentlər

Əsas mövzular