12:05 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək. İstanbul klubunun oyunçularının matçdan öncəki məşqini Sputnik Azərbaycan-ın fotomüxbiri lentə alıb

İstanbulun “Qalatasaray” klubunun oyunçuları Bakıdadırlar. Onlar sentyabrın 17-də Bakı Olimpiya Stadionunda paytaxtımızın “Neftçi” klubu ilə qarşılaşacaqlar. Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunu saat 20:00-da başlayacaq, ancaq koronavirusun yayılması əleyhinə qoyulan qadağalar səbəbilə azarkeşsiz keçiriləcək.

Sputnik Azərbaycan-ın müxbiri bildirir ki, türk futbolçular Bakıya bir neçə saat öncə gəliblər və artıq sabahkı görüşün hazırlıqlarına başlıayıblar. Bundan öncə keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransından dərhal sonra “sarı-qırmızılar”ın məşqi başlayıb.

Fotoqraflara məşqin əvvəlini çəkməyə icazə verməsələr də meydançada sonra baş verənləri sizin üçün görüntülədik. Fotolentimizdə izləyə bilərsiniz.

Teqlər:
Bakı Olimpiya Stadionu, Fatih Terim, futbol, məşq, Bakı, "Qalatasaray" futbol klubu, fotolent

Digər fotolentlər

Əsas mövzular