19:50 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
20 nömrəli məktəbdə tədris prosesi.

Karantin öz yerində, amma təhsil hər şeydən vacibdir. Azərbaycanda bu gün tədris ili başlayıb – bəzi məhdudiyyətlərlə olsa da. Ətraflı Sputnik Azərbaycan-ın fotolentində.

Koronavirus pandemiyası və onun ölkədə yayılmaması üçün profilaktik tədbirləri nəticəsində bu il ilk zəng tamamilə fərqli, qeyri-adi formatda keçib. Valideynlərdən gül gətirməməyi xahiş ediblər, ənənəvi sıra isə sosial məsafəyə riayət etməklə qurulub.

Hər məktəblini yalnız bir valideyn müşayiət edə bilər. Məktəbə daxil olarkən girişlərdə uşaqların temperaturu hər gün ölçüləcək, maska taxmaq isə könüllüdür. Məktəblərdə ilk dərs koronavirusun qarşısının alınmasına və gigiyena qaydalarına riayət edilməsinə həsr edilib.

Tənəffüsün başladığını bildirən ənənəvi zənglər də olmayacaq. Belə bir qərar məktəblilərin dəhlizlərdə toplanmasının qarşısını almaq üçün qəbul edilib. Şagirdlər fasiləyə hər sinif üçün tərtib edilmiş qrafikə uyğun olaraq çıxacaqlar.

Nazirlər Kabineti yanında koronavirusa qarşı mübarizə üçün yaradılmış Operativ Qərargahın qərarı ilə bu il Azərbaycanda ibtidai siniflər üçün məşğələlərə sentyabrın 15-dən əyani və distant formada, 5-9-cu sinif şagirdləri üçün isə həmin tarixdən yalnız distant şəkildə start verilir.

Teqlər:
fotolent, karantin, zəng, ilk, dərs, Bilik Günü, orta məktəb, məktəbli, məktəb

Digər fotolentlər

Əsas mövzular