11:47 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • İllüziya ustası Devid Bleynin Merac tryuku
  • Extinction Rebellion hərəkatının fəalları Londonda iqlim dəyişikliyinə qarşı etiraz edirlər
  • ABŞ Prezidenti Donald Tramp Uilminqton beynəlxalq aeroportunda Air Force One təyyarəsinə minir, Şimali Karolina, ABŞ
  • Mayli Sayrus MTV Video Music Awards 2020 mərasimində çıxış edir
© AFP 2020 / STR
Çində ilk dərs günündə qızcığaz əsnəyir

Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Ötən həftə bol müzakirə olunan hadisələrlə dolu idi. Diqqət mərkəzində duran ən vacib olaylardan biri, demək olar ki, dünyanın hər qitəsini bürüyən etiraz aksiyaları idi. Belarusda prezident seçkisindən sonra mitinqlər dayanmaq bilmir. ABŞ-da isə etirazlar iğtişaşa, polislə münaqişəyə çevrilib, demək olar ki, etirazçılar hər gün bir yeri oda verirlər. Budəfəki narazılığın səbəbi daha bir qaradərili – Ceykob Bleykin həbs olunarkən müqavimət göstərməsi bəhanəsi ilə öldürülməsidir.

Londondakıların dərdi isə bütün planetdir. Extinction Rebellion ("Məhvə qarşı üsyan") hərəkatının məqsədi siyasətçilərin diqqətini çəkərək onların fəaliyyətini iqlim dəyişikliklərinin qarşısını almağa yönəltməkdir. Ancaq siyasətçilər bu cəhdi qiymətləndirməyiblər, nəticədə aksiyanı polis dağıdıb, yüzlərlə adamı həbs edib.  

Bu qədər qaramatın içində pozitiv notlu xəbərlər də var. Məsələn, unudulmaqda olan amerikalı illüziya ustası Devid Bleyn hava şarı ilə 7300 m yüksəkliyə qalxaraq “kölgədən çıxıb”. O, bu hadisəyə 10 il hazırlaşıb. Uçuş canlı efirdə yayımlanıb. Bleyn tryukunu "Merac" adlandırsa da sosial şəbəkə izləyiciləri bu hadisəni “Yuxarı” cizgi filmindəki uçuşa bənzədərək zarafat ediblər.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

 

Teqlər:
fotolent

Digər fotolentlər

Əsas mövzular