08:17 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AFP 2020 / Kirill Kudryavtsev
Moskvada "Patriot" parkında "Ordu-2020" Beynəlxalq hərbi-texniki forumunda T-55A tankı

Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Həyat davam edir və o, gerçəkdən də gözəldir: siyasətə, etirazlara, pis havaya, məişət problemlərinə rəğmən şimal yarımkürəsinin insanları bizimlə sağollaşan yayın son günlərinin dadını çıxarmağa çalışırlar. Kimsə təyyarədən tullanır, kimsə elf kostyumu geyinir, kimsə də gündəlik çax-çuxu ilə məşğuldur.

Qüds, Viskonsin, Portlenddə yaşayanlar isə mitinqə çıxır, haqlarını tələb edirlər.

Hərbçilər Ordu oyunları keçirir, futbolçular top qovur, qadın kinoloqlar itləri öyrədirlər.

Bir sözlə, fotoqrafların gözündən heç nə yayınmır: bir təfədə küçələri su basıb, başqa tərəfi meşə alovları əldən salıb.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

Digər fotolentlər

Əsas mövzular