FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yay yağışı qərb bölgəsini iflic edib - Sel kəndli təsərrüfatlarını sıradan çıxarıb

Abunə olmaq
Təbiət hadisəsi zamanı rayonun Balakürd kəndində bir neçə sakinin yonca, pambıq sahələri ziyan görüb. Körpünün ətrafına yığılan sel suları isə avtomobillərin hərəkətinə çətinlik yaradıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

Goranboyda dünən gecə yarısı başlayan yağış səhər saatlarında güclü selə səbəb olub. Təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb. Təbiət hadisəsi zamanı Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisində yerləşən körpünün ətrafı sel suları ilə dolub. Avtomobillərin hərəkətində çətinlik yaranıb. Rayonun Goran qəsəbəsi ərazisidən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş-gəlişində çətinlik yaradıb. Güclü yağış nəticəsində yaranan sel Goranboyun Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil,qatının altında qalıb.

Balakürd kənd sakini Yusif Məhərrəmov Sputnik Azərbaycan-a bildirib ki, 5-6 saat yağan yağışdan sonra kənd ərazisinə güclü sel gəlib. Sel suları üçün çəkilən kanalın qarşısını iri ağac kötükləri tutması belə vəziyyət yaradıb. O, yaşayış evlərinə ziyan dəyməsə də, əkin sahərinin zərər gördüyünü deyib:

"Axşam saat 4-dən başladı, səhər saat 9-a qədər. Sahələrin hamısını sel basıb. Ən çox yoncaya, pambığa ziyan vurub. Kənd ərazisində sel sularının axması üçün kanal var, onun qarşısı iri ağac kötükləri ilə dolub, ona görə də sel suları kanalı aşıb keçib. Sahələrimiz tamamilə zir-zibillə dolub" - deyə o bildirib.

Yağış nəticəsində Goranboyun Boluslu və bir neçə kəndində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda Goranboyda yağmurlu hava müşahidə edilir.

© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
1/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
2/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
3/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
4/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
5/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
6/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
7/8
Goranboyda leysanın nəticəsi
© Sputnik / Rahim MammadovGoranboyda leysanın nəticəsi
Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
8/8
Goranboyda leysanın nəticəsi
Xəbər lenti
0