13:46 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakıda restoranların fəaliyyəti

Azərbaycanda uzun müddətdən sonra açıq havada fəaliyyət göstərən kafe və restoranların işləməsinə icazə verilib. Mərkəzi küçələr sanki bu qərarı gözləyirmiş. Bakının bugünkü halını Sputnik Azərbaycan-ın fotolentində izləyin

Yeni tip koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağa nəhayət götürüldü. Bakıda və Azərbaycanın daha 12 şəhər və rayonunda açıq havada işləyən kafe, restoran və çay evlərində qonaq qəbul etmək mümkündür. Yeganə qadağa – qəlyan çəkilməsinə icazə verilmir. İctimai iaşə obyektləri səhər 9-dan axşam 10-dək işləyəcək. Masalar arasında məsafə artırılıb, bir stol arxasında 6 nəfərdən çox otura bilməz. Dezinfeksiyaya da xüsusi diqqət ayrılır – obyektlərin giriş-çıxışında, kassalarda, eləcə də masaların yanında dezinfeksiyaedici maddə dispenserləri qurşadırılmalıdır. 

Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması əleyhinə xüsusi karantin rejimi hələ də Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, eləcə də Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında qüvvədədir və avqustun 31-dək davam edəcək.

 

Digər fotolentlər

Əsas mövzular