11:12 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi

Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

 

BAKI, 6 avqust — Sputnik. Yayın sonunadək çox az vaxt qalıb. Azərbaycanın çimərlikləri koronavirus pandemiyası səbəbindən yay mövsümünün əvvəlindən indiyədək bağlı idi. Avqustun 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb. Abşeron sahillərində vəziyyətin necə olduğuna Sputnik Azərbaycan-ın fotolentində baxın.

Koronavirus pandemiyasına görə gecikmiş çimərlik mövsümü bu il çox çəkməyəcək. Abşeron, Sumqayıt, Lənkəran, Xaçmaz, Siyəzənin bütün çimərliklərində, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarında çimməyə qadağa qaldırılsa da, karantin dövrü qaydalarına və tibbi-profilaktik tədbirlərə riayət etmək məcburidir.

İstirahət edənlər heç bir icazə olmadan dənizdə çimməyə gedə bilərlər. Lakin əvvəlcədən xüsusilə yaradılmış cimerlik.az portalında çimərliyin dolu olub-olmadığını yoxlamaq lazımdır.

Hər bir çimərlikdə istirahət edənlər üçün kvota müəyyən olunub və ASAN könüllüləri buna nəzarət edirlər. Çimərliklərin doluluq səviyyəsi portalda yaşıl, sarı və qırmızı rənglərlə təsvir olunur. Çimərlik dolursa, vətəndaşlar bunu əvvəlcədən öyrənirlər.

Həmçinin çimərliklərdə sosial məsafə və gigiyena qaydalarına riayət etmək lazımdır.

Beləliklə, dəsmalları, çətirləri və çimərlik kostyumlarını götürərək təcili isti Xəzər sahillərinə gedin ki, qarşıdan gələn qış üçün bolluca D vitamini toplaya biləsiniz.

Teqlər:
fotolent

Digər fotolentlər

Əsas mövzular