05:10 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Aya Sofya məscidində cümə namazında
© Sputnik / Emre Öz
İstanbulda Aya Sofya məscidində 86 ildən sonra ilk cümə namazı qılınıb

Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Aya Sofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək

İyulun 24-ü Bakı vaxtilə saat 14:16-da 86 il aradan sonra Aya Sofyada ilk dəfə namaz qılınıb.

Mərasimdə on minlərlə dindarla birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun koalisiya ortağı Devlet Bahçeli və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Aya Sofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.

Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Aya Sofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı. 

İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Aya Sofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.

Digər fotolentlər

Əsas mövzular