07:17 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AR Ministry of Foreign Affairs
Tovuzun Dondar Quşçu və Ağdam kəndlərində erməni silahlı qüvvələrinin mülki yaşayış yerlərini atəşə tutmasının nəticəsi

Yaşayış evləri yararsız hala düşsə də, bu kəndlərin sakinləri öz doğma yurdlarını tərk etmir, cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə üz-üzə mətin dayanıblar.

Tovuzun Dondar Quşçu və Ağdam kəndlərinin dörd gündür ki, Ermənistan silahlı qüvvələri tərəfindən aramsız atəşə tutulması nəticəsində yaşayış evlərinə, dinc əhaliyə xeyli ziyan dəyib. Ermənistan tərəfinin atdığı mərmi Dondar Quşçu və Ağdam kəndlərində evlərin tavanını uçurdub, pəncərələrini qırıb, bir neçə mənzili tam yaşayış üçün yararsız hala salıb. Bu kəndlərdə hasarlarda, evlərin divarlarındakı güllə izləri, həyətlərə düşən mərmi qalıqları Ermənistan silahlı qüvvələrinin dinc sakinləri hədəfə almasının silinməz sübutudur. Yaşayış evləri yararsız hala düşsə də, bu kəndlərin sakinləri öz doğma yurdlarını tərk etmir, cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə üz-üzə mətin dayanıblar.

Sputnik Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən Tovuzun Dondar Quşçu və Ağdam kəndlərinin aramsız atəşə tutulması nəticəsində dinc əhaliyə dəyən ziyanı fotolarda təqdim edir.

Qeyd edək ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1138)

Digər fotolentlər

  • Suqovuşanda son vəziyyət
    Last update: 20:56 30.11.2020
    20:56 30.11.2020

    Suqovuşana həyat qayıdır - FOTO

    Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

    41
    11
  • Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.
    Last update: 14:43 29.11.2020
    14:43 29.11.2020

    Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

    Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

    47
    15
  • Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşundan mənzərə
    Last update: 12:13 29.11.2020
    12:13 29.11.2020

    Qafqazın Xirosiması: Ağdamın quş uçuşundan görünüşü - FOTO

    Azərbaycanın bir zamanlar çiçəklənən şəhəri olan Ağdam 27 illik işğaldan sonra ruhlar şəhərinə bənzəyir. Sizə dağıdılmış, ot-ələf bürümüş Ağdamın quş uçuşundan görüntülərini təqdim edirik.

    52
    15
  • Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.
    Last update: 14:23 28.11.2020
    14:23 28.11.2020

    Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

    Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

    34
    13

Əsas mövzular