14:11 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ilham Mustafa
Tovuzda Əzizov Əzizə məxsus ev

Sputnik Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan rayonun Ağdam kəndinin sakini Əziz Əzizovun evinin və məzarının fotolarını təqdim edir.

İlham Mustafa, Sputnik Azərbaycan

Xəbər verildiyi kimi, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutulublar.

İyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

Əziz Əzizov ixtisasca müəllim olub, uzun illər Ağdam kənd məktəbində dərs deyib. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşməçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Digər fotolentlər

  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    20
    20
  • Qoruyucu maskada olan qız Cakartada qraffitinin qarşısından keçir, İndoneziya
    Last update: 21:15 01.08.2020
    21:15 01.08.2020

    Turistlər, bayramlar və etirazlar – Həftənin fotosu

    Sputnik Azərbaycan dünyanın aparıcı agentliklərinin müxbirləri tərəfindən ötən həftə çəkilən ən parlaq və emosional fotoları təqdim edir

    14
    26
  • Qurban bayramına hazırlıq
    Last update: 20:30 30.07.2020
    20:30 30.07.2020

    Müsəlman dünyası Qurban bayramına necə hazırlaşır

    İslam dünyası iyulun 31-də ən əsas bayramlarından olan Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrində Qurban bayramına necə hazırlaşıldığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

    41
    13
  • İstanbulda Aya Sofya məscidində 86 ildən sonra ilk cümə namazı qılınıb
    Last update: 21:03 24.07.2020
    21:03 24.07.2020

    Kilsə, məscid, muzey və... yenə məscid! Aya Sofyada namaz qılındı

    Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Aya Sofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək

    71
    16

Əsas mövzular