20:46 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ilham Mustafa
Tovuzun Dondar Quşçu kəndində vəziyyət

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşüb. 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evi mərmi atəşinə məruz qalaraq, ziyan görüb.  

Bundan başqa, mərmi düşməsi nəticəsində 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

Digər fotolentlər

  • Mavriki sahillərində suyun neftdən təmizlənməsi
    Last update: 21:26 10.08.2020
    21:26 10.08.2020

    Ekoloji fəlakət: neftin dağılması mərcan riflərini təhdid edir

    Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Nəticədə Mavriki sahilləri ekoloji fəlakətlə üzləşib.

    15
    11
  • İstanbul, Menekşedə istirahət edənlər, Türkiyə
    Last update: 20:20 08.08.2020
    20:20 08.08.2020

    Həftənin fotoları: güclü partlayış, maskalardan bikini və nəhəng Ay

    Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır

    42
    24
  • Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi
    Last update: 19:32 06.08.2020
    19:32 06.08.2020

    Salam, dəniz! Biz gəldik...

    Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

    65
    22
  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    80
    20

Əsas mövzular