07:40 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© REUTERS / CHARLES PLATIAU
Luvr karantindən sonra

Luvr muzeyi karantindən çıxmağa hazırlaşır: Muzeyin direktoru Jan-Lük Martinezin sözlərinə görə, əvvəlki dövrlərə qayıtmaq üçün üç il vaxt lazımdır. 

Uzun üç ay yarım ərzində Luvr (Louvre), Fransanın bütün muzeyləri kimi, koronavirusla bağlı karantinə görə kilid altında idi və bu həftə publikanı yenidən qəbul etməyə başlayır. Lakin jurnalistlərlə görüşdə onun direktoru Jan-Lük Martinez deyib ki, "əvvəlki vəziyyətə qayıtmaq üçün ən azı üç il vaxt lazımdır". O, ilk növbədə, bəşəriyyətin antik dövrdən XIX əsrin ortalarına qədər yaratdığı dünya incəsənəti incilərinin Fransadakı qoruğuna baş çəkməsini nəzərdə tutub.

"Pessimist olmaq istəmirəm, amma bu, reallıqdır: ən yaxşı halda ziyarətçilərin sayı əvvəlki dövrlə müqayisədə 20-30 faiz səviyyəsində olacaq. Bu isə o deməkdir ki, biz adi günlərdə gələn 40 min ziyarətçi əvəzinə 8-10 min nəfər qəbul edəcəyik", - deyə direktor bildirib.

Jan-Lük Martinezin hesablamalarına görə, istənilən halda Luvrun itkiləri artıq 40 milyon avro təşkil edir. Bu, həm biletlərdən, həm butiklərdəki suvenirlərin, incəsənətə aid kitabların satışından, həm də muzeyin kafe və restoranlarından gələn gəlirlərdir. Luvrun büdcəsi, təxminən 240-250 milyon avro təşkil edir ki, onun da 40 faizi dövlət büdcəsindən və muzeyin öz gəlirlərindən ibarətdir. Bu il həmin gəlirlər əhəmiyyətli dərəcədə azalıb.

Bəs Luvr administrasiyası yaxın aylarda fəaliyyət göstərmək niyyətindədir? Əsas diqqət yerli əhaliyə, eləcə də Avropa İttifaqına daxil olan, sərhədləri artıq açılmış qonşu ölkələrə yönəldilir. Buna görə də muzey fəal şəkildə kampaniya apararaq parisliləri, ətraf departamentlərin və paytaxt regionu olan İl-de-Frans-ın sakinlərini dəvət edir. Bu kampaniyanın nə nəticə verəcəyini indidən demək çətindir.

İstənilən halda biletlərin internet vasitəsilə dəqiq bronlaşdırılması (gün və saat göstərilməklə) hələlik böyük nikbinlik doğurmur. İyunun sonuna olan məlumata görə, yaxın həftələrdə muzeyə getmək istəyənlərin sayı cəmi 12 min olub. Doğrudur, Luvr açıqlayıb ki, bileti yerində də almaq mümkündür. Baxmayaraq ki, muzey personalının böyük hissəsi karantin günlərində məsafədən işləyib, 250-300 nəfər daim Luvrda yeni mövsümün açılışına hazırlaşır. Muzey administrasiyasının xəbərdarlıq etdiyi kimi, bir sıra zalların fəaliyyəti mümkün olmayacaq. Söhbət, əsasən, Şimali Avropa ölkələrinin rəngkarlığının, 1789-cu il böyük Fransız inqilabına qədərki dövrün kolleksiyasının – muzey meydançalarının təxminən 30 faizinin nümayiş etdirilməsindən gedir.

Leonardo da Vinçinin Mona Liza əsəri
© REUTERS / BENOIT TESSIER

Muzeydə ziyarətçiləri qorumaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirilib. Təbii ki, tibbi maskalar hər kəs üçün məcburidir. Əvvəlki vaxtlardan fərqli olaraq, Luvra yalnız məşhur şüşə piramida vasitəsilə daxil olmaq mümkündür. Hər kəsə xüsusi broşuralar verilir. Orada elə marşrutlar göstərilir ki, insanlar nə zallarda, nə də dəhlizlərdə rastlaşmasınlar. Dövlət zalında sərgilənən Cokonda ilə görüşmək üçün indi dartılmış lentlərlə birləşdirilmiş stendlərin böyük labirintinə getmək lazımdır. Bir tərəfdən, bu, sosial məsafəni saxlamağa, digər tərəfdən isə Leonardo Da Vinçinin yaradıcılığı ilə hərtərəfli tanış olmağa imkan verir.

Yeri gəlmişkən, hər şərdə bir xeyir də var. İncəsənət həvəskarları üçün indi ən yaxşı vaxt gəlib çatıb: Luvrun  fransız, italyan, ispan klassiklərinin əsərləri, orta əsrlərin incəsənəti və digər xəzinələrlə zəngin salonlarında hələ uzun müddət seyrəklik olacaq.

Jan-Lük Martinezin sözlərinə görə, hazırda muzey Mədəniyyət Nazirliyi ilə birlikdə dəyişikliklər üzərində işləyir. Luvrun veb-saytının genişləndirilməsi, onun bütün kolleksiyasının “rəqəmsala” köçürülməsi nəzərdə tutulur. Karantin aylarında bu resurs böyük effektivlik nümayiş etdirib. Muzeyin saytında 10 milyondan çox "virtual ziyarətçi"qeydiyyatdan keçib.

Teqlər:
fotolent

Digər fotolentlər

  • Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi
    Last update: 19:32 06.08.2020
    19:32 06.08.2020

    Salam, dəniz! Biz gəldik...

    Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

    20
    22
  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    64
    20
  • Qoruyucu maskada olan qız Cakartada qraffitinin qarşısından keçir, İndoneziya
    Last update: 21:15 01.08.2020
    21:15 01.08.2020

    Turistlər, bayramlar və etirazlar – Həftənin fotosu

    Sputnik Azərbaycan dünyanın aparıcı agentliklərinin müxbirləri tərəfindən ötən həftə çəkilən ən parlaq və emosional fotoları təqdim edir

    18
    26
  • Qurban bayramına hazırlıq
    Last update: 20:30 30.07.2020
    20:30 30.07.2020

    Müsəlman dünyası Qurban bayramına necə hazırlaşır

    İslam dünyası iyulun 31-də ən əsas bayramlarından olan Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrində Qurban bayramına necə hazırlaşıldığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

    47
    13

Əsas mövzular