08:10 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Kür çayında suyun səviyyəsində kəskin azalma

Azərbaycanın ən bol sulu çayı olan Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb. Kür bu gün necə görünür – Sputnik Azərbaycan-ın fotoreportajında baxın.

Yayın əvvəlindən Azərbaycanın əsas və ən bol sulu çayı olan Kürün güclü şəkildə dayazlaşması prosesi müşahidə olunur. Salyan rayonunun yerli sakinləri qeyd edirlər ki, keçmişdə suyun bu səviyyədə azaldığını heç vaxt görməyiblər. Əvvəl dərin olması və sürətli axması səbəbindən üzməyin mümkün olmadığı bu çayda indi adacıqlar meydana gəlib. Çayın dayaz yerlərini hətta ayaqla keçmək mümkündür. Axımın sürəti azaldığına, çayda suyun səviyyəsi çox endiyinə görə, Xəzər dənizinin suyunun Kürə qarışması prosesi gedir. İndi demək olar ki, Kür Xəzərə deyil, Xəzər Kürə tökülür. Dənizin duzlu suyu ilə qarışmış Kür suyu hətta kənd təsərrüfatı ehtiyacları üçün də yararsızdır.

Bütün bu amillər eyni zamanda Salyan və Neftçala rayonunda içməli suyun kəskin çatışmazlığına səbəb olub. Yerli əhalini su ilə sudaşıyan maşınlar təmin edir. Çayın aşağı hissəsi gəmiçilik üçün də yararsız hala düşüb. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidroloqları bu cür dayazlaşmanın səbəbini yayın quraq keçməsi, içməli sudan texniki ehtiyacların ödənilməsi üçün istifadə edilməsi, həmçinin çay hövzəsindəki meşələrin və bataqlıqların məhvi ilə izah edirlər.

Kürün uzunluğu 1364 kilometrdir. O, üç dövlətin ərazisindən keçir. Kürün bol sulu olması onun əsas qolu sayılan Araz çayından asılıdır. Odur ki, Kür su hövzəsinin dayazlaşmasının qarşısını almaq üçün problemi onun keçdiyi bütün dövlətlərdə həll etmək lazımdır. Nə qədər ki, bu hal Azərbaycanda ekoloji fəlakətə gətirib çıxarmayıb, problemi mümkün qədər tez həll etmək lazımdır.

Teqlər:
çay, Neftçala, Salyan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan, Xəzər, Kür

Digər fotolentlər

  • Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi
    Last update: 19:32 06.08.2020
    19:32 06.08.2020

    Salam, dəniz! Biz gəldik...

    Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

    21
    22
  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    64
    20
  • Qoruyucu maskada olan qız Cakartada qraffitinin qarşısından keçir, İndoneziya
    Last update: 21:15 01.08.2020
    21:15 01.08.2020

    Turistlər, bayramlar və etirazlar – Həftənin fotosu

    Sputnik Azərbaycan dünyanın aparıcı agentliklərinin müxbirləri tərəfindən ötən həftə çəkilən ən parlaq və emosional fotoları təqdim edir

    18
    26
  • Qurban bayramına hazırlıq
    Last update: 20:30 30.07.2020
    20:30 30.07.2020

    Müsəlman dünyası Qurban bayramına necə hazırlaşır

    İslam dünyası iyulun 31-də ən əsas bayramlarından olan Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrində Qurban bayramına necə hazırlaşıldığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

    47
    13

Əsas mövzular