02:36 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Barselonanın tamaşaçı zalına bitkilər düzülmüş Gran Teatre del Liceu teatrında musiqiçilər məşq edirlər
  • Volqoqradda bərpa edilmiş Ana Vətən çağırır! monumentinin yanında konsertin iştirakçıları
  • Manausda Nossa Senhora Aparecida qəbristanlığına koronavirusdan ölənlərin qəbirləri, Braziliya
© AFP 2020 / Valery Hache
Uşaqlar Nitsada fəvvarələrdə əylənirlər, Fransa

Sputnik Azərbaycan oxucularının diqqətinə dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları təqdim edir

Ötən həftə bir sıra hadisələrlə yadda qaldı. ABŞ-da mayın sonunda polislərin qətlə yetirdiyi Corc Floyda görə başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçıların son tələbi Avraam Linkolnun Vaşinqtondakı heykəlinin götürülməsi oldu.

Koronavirus pandemiyası mövzusu da əvvəlkitək aktualdır. Bəzi ölkələrdə yoluxma sayı azalır, bəziləri isə fəlakəti ikinci dəfə yaşayır. Məsələn, Türkiyənin Antalya şəhəri ilk turistlərini qəbul etməyə hazırlaşır. Digər sahilyanı ölkələrdə də çimərliklər açılır. Qızmar hava Dumanlı Albionun sakinlərini, demək olar ki, çimərliklərə “töküb”.

Ötən həftə dünyanın necə yaşadığını yada salmaq üçün onun müxtəlif guşələrində çəkilən şəkillərə baxmağı təklif edirik. Dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotolar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

Teqlər:
fotolent

Digər fotolentlər

Əsas mövzular