21:23 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakı sakinləri karantin rejiminin yumşaldılmasından sonra çimərlikdə voleybol oynayırlar.

Paytaxt ərazisində nəzarətdən kənar, "xalq çimərliyi" adlanan çimərlik əraziləri də var. Belə çimərliklərdə istirahət edənlər sosial məsafəni qorumur və heç bir təhlükəsizlik qaydalarına əməl etmirlər

Nazirlər Kabineti yanında Operativ Qərargah bir müddət əvvəl ölkədə tüğyan edən koronavirus pandemiyası dövründə çimərliklərin fəaliyyəti ilə bağlı metodiki göstərişlər təqdim edib.

Göstərişlərə əsasən vətəndaşların istirahət etdikləri çimərliklərdə sosial məsafə qorunmalı və digər qaydalara əməl edilməli idi.

Təbii ki, bu qaydalar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan çimərlikər - yəni qanuni çimərliklər üçün nəzərdə tutulub.

Ancaq paytaxt ərazisində nəzarətdən kənar, "xalq çimərliyi" adlanan çimərlik əraziləri də var. Belə çimərliklərdə istirahət edənlər sosial məsafəni qorumur və heç bir təhlükəsizlik qaydalarına əməl etmirlər.

Xatırladaq ki, bu günə qədər ölkədə 11329 koronavirusa yoluxma faktı aşkarlanıb. Karantində 1000-ə yaxın vətəndaş var. Bu günə qədər koronavirus pandemiyası səbəbilə 139 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə isə iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 6.00-a qədər sərt karantin rejimi elan ediləcək.

Digər fotolentlər

Əsas mövzular