22:01 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© REUTERS / Pilar Olivares
Pandemiya zamanı çimərlik

Sputnik Azərbaycan çimərlik mövsümünün açıq elan edildiyi ölkələrdə insanların necə istirahət etdiyinə və məhdudlaşdırımış qaydaların onlara dənizdə istirahət etməyə necə imkan verdiyinə baxmağı təklif edir.

Yay yetişdi - məzuniyyət və dənizdə istirahət zamanıdır. Ancaq koronavirus burada da öz təsirini göstərdi: indi dənizdə də sosial məsafə, maska taxmaq qaydasına riayət etmək lazımdır.

Koronavirusun azaldığı, karantin qaydalarının yumşaldıldığı sahilyanı ölkələrdə yaşayanların isə sözün əsil mənasında bəxti gətirib. İndi onlar çimərlikdə istirahət edərək, stress ata biləcəklər.

Ancaq əlbəttə ki, digər illərdən fərqli olaraq, bu il istirahətlərinə bəzi düzəlişlər etməli olacaqlar. Ən əsası günəş vannası qəbul edən və dənizdə olan zaman sosial məsafənin qorunmasıdır. Çimərliklər ictimai yer hesab edildiyi və qızmar yay günlərində çox sayda istirahət edənlər olduğu üçün maska da taxmaq mütləqdir. Maska bir az narahatlıq yaradır, amma “ehtiyyatlı igidin anası ağlamaz” deyiminə əməl edib, ehtiyatı əldən vermək olmaz.

Xatırladaq ki, adətən Azərbaycanda çimərlik mövsümü iyunun 1-də açılsa da, bu il  xüsusi karantin rejiminə görə, iyunun 16-da açıq elan ediləcək.

Daha əvvəl isə şəhər icra hakimiyyəti bildirmişdi ki,  çimərliklərdə yerlərin elektron bronlaşdırılması, yeni davranış qaydalarına hazırlıq işləri, karantin rejimində  çimərliklərdə  qaydaların əməl edilməsini müşahidə edən sistem hazırlanır.

Hələlik isə sizə çimərlik mövsümünün açıq elan edildiyi ölkələrdə insanların necə istirahət etdiyinə və məhdudlaşdırımış qaydaların onlara dənizdə istirahət etməyə necə imkan verdiyinə baxmağı təklif edirik.

Digər fotolentlər

Əsas mövzular