10:00 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Muradov
Lənkəranda sərt karantin rejimi zamanı boş qalmış küçə.

"Edilən xəbərdarlıqlara rəğmən, karantin qaydalarını pozan tək-tək insanlara rast gəlinir ki, onlarla bağlı da qanuna müvafiq tədbirlər görülür"

Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində 06 iyun 00:00-dan etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Lənkəranda şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də qurulmuş postlarda xidmət aparırlar.

Sputnik Azərbaycan-ın DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevdən aldığı məlumata əsasən, polis əməkdaşları, eləcə də avtopatrul  xidmət aparır: “Polis və daxili qoşunların hərbi qulluqçıları kənd ərazilərində, məhəllələrdə də karantin qaydalarının icrasına nəzarəti həyata keçirirlər. Edilən xəbərdarlıqlara rəğmən, karantin qaydalarını pozan tək-tək insanlara rast gəlinir ki, onlarla bağlı da qanuna müvafiq tədbirlər görülür”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarından irəli gələn tələblərin icrasına Lənkəranda ciddi şəkildə nəzarət olunur. Edilən xəbədarlıqlardan sonra insanların qaydalara uyğun olaraq evlərində və ya olduqları yerdə qaldıqları, küçəyə çıxmadıqları müşahidə olunur. Bütün ticarət, xidmət və digər iaşə obyektləri, dövlət və özəl müəssisələr bağlıdır. Lənkəran şəhərinin küçələri tamamilə boşdur.

Digər fotolentlər

Əsas mövzular