21:43 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ilham Mustafa
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi.

Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir.

İlham Mustafa, Sputnik Azərbaycan

1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildi. Müstəqilliyini elan edildikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi ilk iclas baş tutdu. Onun yaxınlığındakı binada isə bir sıra dövlət idarələri yerləşdi.

Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır.

Sputnik Azərbaycan izləyicilərinə Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyindən çəkilən fotoları təqdim edir.

Digər fotolentlər

  • Tovuzun Dondar Quşçu və Ağdam kəndlərində erməni silahlı qüvvələrinin mülki yaşayış yerlərini atəşə tutmasının nəticəsi
    Last update: 14:19 16.07.2020
    14:19 16.07.2020

    Dörd günlük müharibənin silinməz izləri

    Yaşayış evləri yararsız hala düşsə də, bu kəndlərin sakinləri öz doğma yurdlarını tərk etmir, cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə üz-üzə mətin dayanıblar.

    39
    11
  • Tovuzda Əzizov Əzizə məxsus ev
    Last update: 22:52 15.07.2020
    22:52 15.07.2020

    Rahat uyu, müəllim, qanın yerdə qalmayacaq

    Sputnik Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan rayonun Ağdam kəndinin sakini Əziz Əzizovun evinin və məzarının fotolarını təqdim edir.

    631
    11
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi
    Last update: 15:05 15.07.2020
    15:05 15.07.2020

    Zakir Həsənov və Nəcməddin Sadıkov şəhid generalla vida mərasimində iştirak edib

    Dövlət sərhədinin Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olan general-mayor və polkovniklə vida mərasimi keçirilib.

    52
    15
  • Dondar Quşçu kəndinə
    Last update: 21:08 14.07.2020
    21:08 14.07.2020

    Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR

    Dondar Quşçu kəndinin sakini Namiq Əliyevin evi Ermənistanın ağır artilleriya qurğularının açdığı atəş nəticəsində yaşayış üçün yararsız hala düşüb.

    140
    12

Əsas mövzular