11:19 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakı küçələrində parkur

Karantin rejiminin yumşaldılması ilə parkların açılmasından sonra parkurla məşğul olan bakılı treyserlər yenidən məşqlərə başlayaraq qarşıdakı Dünya çempionatına hazırlaşmaq imkanı əldə etdilər

“13-cü rayon” filminin baş qəhrəmanının damdan-dama tullanaraq, məhəccər, divar, eyvan kimi maneələri asanlıqla aşaraq təqibçilərdən necə can qurtardığı yadınızdadır? Bax həmin o hərəkətlərin hamısını fransız dilində qəşəng bir sözlə əvəzləyirlər – parkur. Parkur böyük şəhərlərin küçələrində yaranıb və bir çox idman növlərinin elementlərini özündə cəmləşdirib. Burada güc tullanmaları, gimnastika elementləri, alpinizm, hətta şərq döyüş növlərindəki bəzi fəndlərdən də istifadə olunur. Parkurla məşğul olan insanlar treyserlər adlanırlar. Biz bu gün sizə bakılı treyserlərdən danışacağıq.

Parkurun yaradıcısı David Bellin Bakıda davamçıları çoxdur, amma bu idman növü ilə peşəkar olaraq cəmi beş nəfər məşğuldur. Hə, düz oxudunuz: parkuru tədricən idman növü kimi tanıyırlar. 2018-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının konqresində parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib. Bakılı treyserlər hətta ötən ilin mayında Monpelye şəhərində keçirilən Parkur üzrə dünya çempionatında da iştirak ediblər. Atletlər bu il Xirosimada keçirilməsi planlaşdırılan çempionata da hazırlaşırdılar, ancaq bu tədbir koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxtadək təxirə düşüb.

Düzdür, treyserlər üçün elə bütün dünya özü bir məşq meydançasıdır, amma idman zalında əlavə hazırlığa yenə də ehtiyac var. Karantin rejimi tətbiq olunanadək uşaqlar Azərbaycan Gimnastika Federasiyasının akrobatika zalında, eləcə də  Movement Platform idman zalında məşq edirdilər. Ancaq indi idman zalları müvəqqəti olaraq fəaliyyətini dayandırdığından bakılı treyserlər küçə və parklara üz tutublar.

Onların açıq havada məşqlərinin necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Teqlər:
Bakı, idman, fotolent

Digər fotolentlər

Əsas mövzular