Davam edən koronavirus pandemiyası bir çox ölkələri təhlükəli infeksiyanın qarşısını almaq üçün misli görünməyən tədbirlər görməyə məcbur etdi. Ən əsas və eyni zamanda ən sadə qaydalardan biri sosial məsafə rejiminə riayət edilməsidir. İctimai yerlərdə olarkən, növbələrdə digər şəxslərdən ən azı 2 metr aralıda dayanmaq, eləcə də böyük qruplar halında yığışmamaq lazımdır. Bu tədbir yaşayış yerindən kənarda sosial münasibətlərin bütün növlərinə aid edilir.
Biz planetimizin insanlarının sosial məsafə qaydasına riayət etmək məsələsində nə qədər məsuliyyətli olduğunu göstərmək üçün bütün dünyadan fotoşəkillər toplamışıq.