04:40 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Photo : NASA/NOAA
Deep Space Climate Observatory kosmik aparatı vasitəsi ilə lentə alınan Ayın Yer kürəsi fonunda unikal fotosu

Yerin kosmosdan çəkilmiş heyrətamiz şəkilləri bizim necə nadir planetdə yaşadığımızı bir daha sübut edir. Sputnik Azərbaycan-ın fotolentində astronavtların müxtəlif vaxtlarda yaddaşa köçürdüyü gözəl şəkillərin seçiminə baxın.

Ekoloqlar iddia edirlər ki, son zamanlar koronavirusun yayılması nəticəsində bir çox istehsal müəssisələrinin müvəqqəti bağlanması səbəbindən Yerdəki hava bir qədər təmizlənib. Ekspertlərin hesablamalarına görə, məhdudlaşdırıcı tədbirlər səbəbindən karbon tullantıları bu il 6% azalıb.

NASA və Avropa Kosmik Agentliyinin peykləri atmosferə zərərli tullantıların əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Bəzi ölkələrdə, ilin əvvəlindən karbon tullantıları İkinci Dünya Müharibəsi dövründəki göstəricilərlə eyni səviyyəyə düşüb.

Təqdim olunan görüntülər planetimizin necə gözəl olduğunu göstərir: okeanlar və dağlar, meşələr və səhra. Ola bilsin ki, bu cür şəkillər bəşəriyyəti təbiətə və ətraf mühitə daha diqqətlə yanaşmağa vadar edəcək.

Digər fotolentlər

Əsas mövzular