FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qapalı cənnətdən reportaj: bülbül gülüstana gəlsin, gəlməsin? - FOTO

Abunə olmaq
Xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, Mərdəkan Dendrarisinin əməkdaşları işlərini davam etdirirlər. Dendrarinin bahar təravəti Sputnik Azərbaycan-ın fotolentində

Mərdəkan Dendrarisi 1890-1920-ci illərdə Bakı milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub.

Uzun illərdə müxtəlif qurumların balansında olan və hazırda Dendrologiya İnstitutu kimi faəliyyət göstərən bağ Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.

Sputnik Azərbaycan xəbər verir ki, xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, bağ ziyarətçilərin üzünə qapalı olsa da, buranın əməkdaşları işlərini davam etdirirlər.

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu həm təbiət, həm də tarixi muzeydir.

Burada kolleksiyalar sistematik qohumluq prinsipi əsasında qruplaşdırılıb. Dendrarini landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar.

Dendrarinin əməkdaşlarının sözlərinə görə, buranın kolleksiya fondunda 1800 növ, o cümlədən 1540 forma və sort cəmləşib.

Belə ki, bağda 255 növ Aralıq dənizi sahili ölkələrindən, 105 növ Avstraliya və Yeni Zelandiya florasından, 420 növ Qafqaz florasından,170 növ Şərqi Asiya florasından,180 növ Şimali və Cənubi Amerikadan, 109 növ Orta Asiya florasından ağac və kol bitkiləri əkilib.

Adi rejimdə bağa daxil olanlara tarixi abidələr və burada olan bitkilər haqqında ətraflı məlumat verilir. Dendrologiya İnstitutunda şair Sergey Yesenin muzeyi, kafelər, qonaq evləri var. Düzdür, hazırda karantin rejimi olduğu üçün onlar fəaliyyət göstərməsə də, karantindən sonra burada rahat istirahət edə bilərsiniz.

Təbiətin necə oyandığını bağda çiçəklənən ağaclara, güllərə baxmaqla hiss etmək olar.

Qeyd edək ki, bağı ziyarət etmək böyüklər üçün 2, uşaqlar üçün isə 1 manata başa gəlir.

© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
1/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
2/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
3/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
4/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
5/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
6/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
7/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
8/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
9/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
10/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
11/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
12/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
13/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
14/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
15/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
16/17
Mərdəkan Dendrarisində
© Sputnik / Irade JELILMərdəkan Dendrarisində
Dendroloji park - Sputnik Azərbaycan
17/17
Mərdəkan Dendrarisində
Xəbər lenti
0