02:11 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© REUTERS / El Salvador Presidency
İzalko həbsxanasında vəziyyət

Salvadordakı həbsxanalardan birində məhbuslar çılpaq halda biri-birinə sıx şəkildə yerdə oturmağa məcbur ediliblər. Sputnik Azərbaycan hadisənin fotoşəkillərini təqdim edir

Koronavirus səbəbindən sosial məsafəyə dair verilən tövsiyələrə baxmayaraq, Salvadordakı həbsxanalardan birində məhbuslar çılpaq halda biri-birinə sıx şəkildə yerdə oturmağa məcbur ediliblər.

Salvadorda həftəsonu 50-dən çox insanın qətlə yetirilməsindən və kəşfiyyatın qətllərin həbsdə olan cinayətkar dəstə başçıları tərəfindən sifariş edildiyini bildirməsindən sonra ölkə Prezidenti Nayib Bukele sərt tədbirlərin görülməsi haqqında əmr verib.

Salvador Prezidentinin Mətbuat Xidməti tərəfindən dərc olunmuş fotoşəkillərdən birində aprelin 25-də San Salvador şəhərinin İzalko həbsxanasında aparılmış təhlükəsizlik əməliyyatı zamanı məhbusların polis nəzarəti altında həbsxananın həyətində çılpaq halda biri-birinə sıx şəkildə yerdə oturmağa məcbur edildiyini görmək olar. Onların bəzilərinin üzündə maskalar da var.

Əməliyyat zamanı məhbusların kameralarında axtarışlar aparılıb.

Hadisənin fotoşəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Teqlər:
fotolent

Digər fotolentlər

Əsas mövzular