08:26 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ilham Mustafa
Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır

Dünya müsəlmanlarının "On bir ayın sultanı" adlandırdıqları Ramazan ayı by gündən başlandı. İnanclı insanlar 30 gün ərzində oruc tutacaq, daha çox ibadət edəcəklər.

Bu il Ramazan ayı bütün dünya üçün çətin bir dövrə təsadüf edib. Hazırda yeni növ koronavirus dünyada yayılmaqdadır və o səbəbdən bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. 

O da məlumdur ki, koronavirus daha çox immuniteti zəif olanlara təsir edir. Ancaq çətinliklərə rəğmən, xeyli insan ibadətindən çəkinmir, bunu da Allah qarşısında bir sınaq hesab edir. 

Sputnik Azərbaycan Ramazanın ilk günü Qazaxda yaşayan bir ailənin qonağı oldu. Onların ibadətinə şahidlik etdi. 

Lentə aldığımız görüntüləri Sputnik Azərbaycan-ın fotolentində sizinlə bölüşürük. 

Ramazan ayının başlanması münasibətilə inanclı oxucularımızı təbrik edirik! Allah orucunuzu, ibadətinizi qəbul etsin! 

Teqlər:
fotolent

Digər fotolentlər

Əsas mövzular