19:31 25 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AFP 2020 / Angela Weiss
Şakira və Cenifer Lopes dueti ABŞ-da "Superkubok" oyunundan əvvəl çıxışı zamanı.

Mayamidə Amerika futbolu Super Bowl-un final oyununun fasiləsi zamanı müğənnilər Şakira və Cennifer Lopezin dueti internetdə müzakirələrə səbəb olub.

Dünya ulduzlarının rəngarəng çıxışları həmişə tamaşaçıların və fanatların diqqətini çəkir. Pop divaları yaradıcı duetə qoşulduqda, səhnədə qeyri-adi hərəkətləri ilə tamaşaçıları şoka saldıqda, bu da müzakirələrə səbəb olur. Bəzi duetlər parlaq çıxışları ilə yadda qalır, digərləri isə qalmaqallı ədəbsizlikləri ilə. Tamaşaçılar düşünür ki, məsələn, 2003-cü ildə MTV Video Music Awards mükafatının təqdimat mərasimində çıxış edərkən Madonna və Britni Spirsin öpüşməsi nəyə lazım idi?

Şakira və Cennifer Lopezin son ifası qeyri-adi enerjisi, həyəcan doğurması, eyni zamanda müğənnilərin fövqəladə fiziki formaları ilə tamaşaçıların yaddaşında qalıb. Xatırladaq ki, Cennifer Lopezin 50 yaşı var, Şakiranın isə həmin gün 43 yaşı tamam olurdu. Lakin bu, onlara öz biçimli qamətləri ilə tamaşaçıları heyran etməyə və qaynar rəqs şousu göstərməyə mane olmurdu. Videoya şərh verən bir çox gənc qeyd edib ki, bu yaşda o cür qaynar rəqsləri ifa edərkən onların nəfəsi çatmır, amma bu, Şakira və Cennifer Lopezin vecinə də deyil.

Tamaşaçıların yaddaşında uzun müddət qalmış on ən məşhur duetə nəzər salmağı təklif edirik.

Digər fotolentlər

Əsas mövzular