05:03 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Sertac Kayar
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda

Türkiyədə çoxlu sayda insan tələfatına səbəb olmiş şiddətli zəlzələnin görüntüləri heç kəsi biganə qoya bilməz.

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

Məlumatlara əsasən, 20 nəfər zəlzələnin qurbanı olub, 1000 nəfərdən artıq insan isə yaralanıb. İnsanlara həmçinin külli miqdarda ziyan da dəyib.

Sputnik hadisə yerindən çəkilmiş fotoları təqdim edir.

Digər fotolentlər

Əsas mövzular