04:46 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tver vilayətindəki hərbi hissələrdən birində atılmış təyyarə dayanacağı.

Tərk edilmiş abidələr, binalar, hava limanları, poliqonlar, qalalar və hətta bütöv şəhərlər - bütün bunlar bir tərəfdən qorxu hissi doğurur, digər tərəfdən isə öz sirliliyi və unudulmuş gözəlliyi ilə cəlb edir.

Dünyada elə yerlər və obyektlər var ki, onlar hansısa səbəbdən tərk edilib və yaxud unudulub. Bəzisində təbii fəlakətlər öz rolunu oynayaraq binaları yararsız hala salıb, bəzi obyektlər rentabelli olmadıqları üçün tərk edilib, ya da həyat üçün təhlükəli radiasiyaya məruz qaldıqları üçün.

Belə tərk edilmiş yerlər həmişə insanlarda maraq oyadıb. Son zamanlar hətta tərk edilmiş yerlərin tədqiqatçıları buralarda bütöv bir subkultura arayışına çıxırlar. Onlar fotoaparat və fənərlərlə silahlanaraq bütün dünyanı gəzib unudulmuş belə obyektlərdə maraqlı əşyalar axtarırlar. Bəzən bu axtarışlar müxtəlif macəralarla müşayiət edilir. Çünki tez-tez bu cür binalar vəhşi heyvanlar, sahibsiz itlər və bəzən evsiz sakinlərin sığınacağına çevrilir.

Sputnik, dünyanın dörd bir tərəfində tərk edilmiş, səssizliyi və gözəlliyi ilə diqqəti cəlb edən bu viranələrin fotolarından ibarət fotolenti təqdim edir.

Digər fotolentlər

Əsas mövzular