00:26 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Şəhidlər Xiyabanında matəm mərasimi

Qanlı hadisələrin qurbanlarının xatirəsini yad etmək üçün Bakı buxtasında gəmilər fit çalıb, paytaxtın mərkəzi küçələrində avtomobillər və qatarlar siqnal verib.

Bu gün Azərbaycanda 1990-cı ilin 20 yanvarında Bakıda törədilən faciənin 30 illiyi qeyd olunur. Hər il minlərlə adam Şəhidlər Xiyabanına gedərək "Qara yanvar" qurbanlarının xatirəsini yad edir.

Səhər tezdən minlərlə insan seli "20 Yanvar" faciəsinin simvoluna çevrilmiş qırmızı qərənfillərdən ibarət gül dəstələri ilə Şəhidlər Xiyabanına axışıb. Onlar Azərbaycan tarixinin ən qanlı səhifəsinin qurbanı olmuş günahsız insanların əbədi xatirəsi önündə baş əymək və şəhidlərin məzarlarına gül qoymaq üçün Bakının ən hündür nöqtəsində yerləşən xiyabana üz tutublar.

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərə olan vəfa borcunu ödəmək üçün xiyabana birinci gəlib. Saat 12:00-da paytaxtın hər yerində 1 dəqiqəlik sükut olub. Qanlı hadisələrin qurbanlarının xatirəsini yad etmək üçün Bakı buxtasında gəmilər fit çalıb, paytaxtın mərkəzi küçələrində avtomobillər və qatarlar siqnal verib. Bütün ölkə üzrə dövlət bayraqları endirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir neçə şəhərində Sovet Ordusunun hissələri dinc nümayişçilərə və sakinlərə atəş açaraq onları qətlə yetirib. Nəticədə 147 nəfər ölüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub.

Digər fotolentlər

Əsas mövzular