08:39 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AFP 2020 / ISNA / Rouhollah Vahdati
İranda sərnişin laynerinin qəzası

Ukraynanın sərnişin təyyarəsi İran səmasında qəzaya uğrayıb, ekipaj və sərnişinlərin hamısı həlak olub

Ukraynanın "Boeing 737" sərnişin təyyarəsi Tehranda İmam Xomeyni adına Beynəlxalq Hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.

"PS752" saylı sərnişin reysi yerli vaxtla saat 05:15-də Tehrandan Kiyevə istiqamət götürüb və tezliklə radarlardan itib. "Flight Radar" portalının yaydığı məlumata görə, layner uçuşa başlayandan iki dəqiqə sonra məlumatın ötürülməsini dayandırıb. Axırıncı dəfə təyyarənin yeri Tehran yaxınlığında, Parand rayonunda qeydə alınıb. Təyyarənin göyərtəsində 167 sərnişin və 10 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

İlkin məlumata görə, qəzanın səbəbi mühərrikin yanması olub. Sputnik Azərbaycan faciə yerindən çəkilmiş kadrları sizə təqdim edir.

Digər fotolentlər

Əsas mövzular