23:58 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir

Məhz Heydər Əliyevin bənzərsiz siyasi düşüncəsi və müdrikliyi sayəsində ölkə güclü iqtisadiyyat, müstəqil müasir cəmiyyət qura bilib və dünya miqyasında tanınıb.

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümüdür. Azərbaycan xalqı bu gün görkəmli dövlət xadiminin mübarək xatirəsini ehtiramla yad edir.

Düz 16 il əvvəl bu gün, Azərbaycanın görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev vəfat edib. Bu gün hər il olduğu kimi minlərlə insan Azərbaycanın sabiq prezidentinin xatirəsini ehtiramla yad etmək üçün Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Səhər tezdən Fəxri Xiyabanı Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri ziyarət ediblər. Onlar Heydər Əliyevin məzarı önünə əklil və çiçək dəstələri qoyublar. Hökumət üzvləri, siyasətçilər, ziyalılar, hərbçilər, müxtəlif ölkələrin səfirləri, habelə respublikanın adi vətəndaşları ümummilli liderin xatirəsini ehtiramla yad etmək üçün bura gəliblər.

Heydər Əliyev əbədi olaraq azərbaycanlıların xatirəsində dahi bir siyasətçi və vətənpərvər kimi qalacaq. Məhz Heydər Əliyevin bənzərsiz siyasi düşüncəsi və müdrikliyi sayəsində ölkə güclü iqtisadiyyat, müstəqil müasir cəmiyyət qura bilib və dünya miqyasında tanınıb.

Digər fotolentlər

Əsas mövzular