09:36 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
© AP Photo / Invision / Charles Sykes
Amerikalı model Bella Hadid tanınmışlar arasında dünyanın ən gözəl qızı seçilib

Supermodel Bella Hadid dünyanın ən gözəl qızı elan edilib – tədqiqatlar göstərib ki, onun üz cizgiləri idealdır. Dünyanın ən gözəl qızlarının top onluğuna bizim fotolentdə baxa bilərsiz

İngiltərəli plastik cərrah Culian De Silva gözəlliyin müəyyənləşdirilməsinə elmi cəhətdən yanaşıb. O, dünya ulduzlarının dodaqları, burunu, çənəsi, alınının yerləşməsini kompüter analizi vasitəsilə hesablayaraq, ən ideal formul tapıb. Nəticədə, supermodel Bella Hadid 94,35 faizlə ideal nisbətə yaxınlaşıb.

İkinci yerdə həkimin sistemi ilə 92,44 faiz toplayan amerikalı müğənni Beyons, üçüncü yerdə isə aktrisa Emberd Herd gəlir. Yeri gəlmişkən, 91,85 faiz toplayan aktrisanın ən ideal burnu var. İlk onluğa Ariana Qrande, Teylor Svift, Keyt Moss, Skarlet Yohanson, Natali Portman, Keti Perri və Kara Delevin daxildirlər.

Maraqlıdır ki, Bella Hadidin böyük bacısı, supermodel Cici Hadid dünyanın ən gözəl qızlarının onluğuna daxil olmayıb.

Digər fotolentlər

Əsas mövzular