15:35 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
  • Büsthalter: Qədimdən bu günümüzə qədər
  • Büsthalter: Qədimdən bu günümüzə qədər
© Sputnik / Alexander Vilf
Büsthalter: Qədimdən bu günümüzə qədər

Üç sentyabr bütün dünyada qadın qarderobunu onsuz təsəvvür etməyin mümkün olmadığı bir geyimin - büsthalterin ad günü kimi qeyd olunur. Baxmayaraq ki, o, hələ qədim Misirdə hazırlanıb və istifadə edilib, onun yaradılması ilə bağlı patent 105 il əvvəl alınıb.

Öz tarixi boyu büsqalterlər dəfələrlə dünyanın müxtəlif guşələrində fərqli formalarda hazırlanıb. Bir çox yüzilliklər ərzində bu geyim əşyası, onun forması, materialı, hazırlanma və geyim qaydası çoxlu dəyişikliklərə məruz qalıb.

İlk dəfə büsthalterə bizim eradan 6 əsr əvvəl Qədim Misirdə rast gəlinib. Həmin dövrlərdə bu geyim əşyası bərkidilmiş bandajlar sayaq idi və onu zadəgan misirlilər geyinirdilər. Sonralar büsthalterlər Qədim Yunanıstan və Roma qadınlarının da qarderoblarına köç edib. Romalıların sinələrini qabarıq şəkildə büruzə verən dəri bandajlar geyindiyi məlumdur. Orta əsrlərdə Avropada korsetlər dəbə düşüb, büsthalterlər isə ikinci plana keçib.

Korsetlər 20-ci əsrin əvvəllərinə qədər dəbdə qalıb və yalnız 3 sentyabr 1914-cü ildə amerikalı Meri Felps Yakob ilk dəfə büsthalteri Caresse Crosby adı altında patentləşdirib. Son yüz il ərzində bu əşya dəfələrlə tərəqqi edib. Hətta o, zərgərlik işinə çevrilib. Zərgərlər Victoria's Secret tərəfindən təqdim edilən bahalı Fantasy Bra büsthalterini düzəldiblər ki, onu 4200 qiymətli daş bəzəyir və qiyməti 10 milyon dollardır.

Digər fotolentlər

Əsas mövzular