23:23 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
  • Min bir gecə baleti Kreml baleti teatrının ifasında

© Sputnik / Murad Orujov
"Min bir gecə" baleti "Kreml baleti" teatrının ifasında

Tamaşaçılar bir gecəlik nağıllar aləminə qovuşub

Azərbaycanda Rusiya Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev sarayında "Min bir gecə" baletinin nümayişi baş tutub.

Bakı sakinləri Fikrət Əmirovun musiqisini dinləmək, Tahir Salahov tərəfindən yaradılan dekorasiyaları görmək və təbii ki "Kreml baleti" teatrının artistlərinin ifasında baletə baxmaq üçün əla imkan qazanıb.

"Min bir gecə" ərəb nağılının motivləri əsasında hazırlanan balet səhnədə sevilən personajları – Şəhrizad, Ələddin, Sindbad, şahzadə Buduru canlandırırdı. Mükəmməl xoreoqrafiya, parlaq kostyumlar, dekorasiya və əfsanəvi azərbaycanlı bəstəkar Fikrət Əmirovun musiqisi sadəcə tamaşaçıları ovsunlayırdı.

Baletin quruluşçu xoreoqrafı - Rusiyanın xalq artisti, "Kreml baleti"nin yaradıcısı və bədii rəhbəri Andrey Petrovdur. Balet üçün kostyumları rəssam Olqa Polyanskaya hazırlayıb. Rəssam kostyumları dekorasiyalarla maksimum şəkildə uyğunlaşdırmağa müvəffəq olub.

Qeyd edək ki, məşhur "Min bir gecə" baleti ilk dəfə Moskvada "Kreml baleti" tərəfindən səhnələşdirilib

Digər fotolentlər

Əsas mövzular