13:51 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
  • Mestia kəndində Svan qəsrləri
© Sputnik / Murad Orujov
Mestia kəndində Svan qəsrləri

Əgər siz Gürcüstana səfər etmək, ilk növbədə qüllələri gözünüzlə görərək heyran qalmaq, yerli xalqlardan çoxlu maraqlı hekayələr eşitmək, mətbəxdən ləzzət almaq istəyirsinizzsə, mütləq Svanetiyaya gedin!

Murad Orucov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Səyahətə çıxan hər bir turist ilk növbədə hansı görməli yerə gedəcəyini planlaşdırır. Əgər siz Gürcüstana gedəcəksinizsə, mütləq Svanetiyaya - orta əsrlərə aid minlərlə qüllələrin diyarına da vaxt ayırın.

Sarı pir qəbiristanlığı
© Foto T.Əliyev tərəfindən təqdim olunub

Yəqin ki, Gürcüstanda olan və ya ora getməyi planlaşdıran hər kəs sehrli Svanetiya əyaləti, onun unikallığı və orijinallığı haqqında eşidib. Svanetiya qədim dövrlərdən öz ənənələri ilə məşhurdur. Onların bir çoxu dövrümüzə qədər gəlib çatıb. Svanlar çoxəsirlik tarixlərini, fərqli mətbəxlərini, sərt və möhtəşəm dağlarını, çarpıcı çayları və şəlalələrini və əlbəttə ki, məşhur daş Svan qüllələrini günümüzədək qoruyublar.

Svan qüllələri haqqında ümumilikdə kifayət qədər çox yazılıb. Lakin onunla bağlı bir çox suallar hələ də cavabsız qalır: İlk qülləni nə məqsədlə tikiblər, onlar nəzarət məntəqəsi və istehkam rolunu oynayıblarmı və onlar niyə zamanla Svanetiyada belə geniş yayılıblar?

Sputnik Azərbaycan-ın əməkdaşı qüllələr diyarı olan Svanetiyaya gedərək oradakı qüllələrin tarixini elə yerli sakinlərdən öyrənməyə cəhd edib. Lakin yerli əhali arasında heç kəs bu unikal tikililər haqqında dərin məlumat verə bilməyib.

Svanetiyanın orijinal mədəniyyəti bu bölgənin uzaqlığı və əlçatmazlığı ilə müəyyən edilir. Bizim getdiyimiz Yuxarı Svanetiyaya aparan yollar dərin dağ keçidlərindən və aşırımlardan, dağlarda oyulmuş tunellərdən və gur axan dağ çaylarının üzərindən keçir.

Təəccüblü deyil ki, qar yağanda Svanetiya sadəcə dünyanın qalan hissəsindən təcrid olur. Biz əvvəlcə qədim və ucqar Uşquli kəndinə getməyi planlaşdırsaq da, məlum oldu ki, ora getmək mümkün deyil, çünki qar oranın yolunu bağlayıb. Lakin biz çox da mütəəssür olmadıq, çünki qalmalı olduğumuz Mestia qəsəbəsi də qədim Svan qüllələri ilə zəngin idi.

Bu daş nəhənglərin bir çoxunu indiyə qədər də mənsub olduqları ailə klanları idarə edir. Onlar ailənin qüruru hesab olunurlar. Belə qüllələrdən birinin sahibi ilə tanış olduğumuz ilk gün qüllənin başına çıxmaq və içəridən onun necə göründüyünə baxmaq imkanımız oldu.

Ehtimal var ki, bu qüllələr qan davasından gizlənmək üçün tikilib. Yerli sakinlərdən birinin dediyinə görə, kəndlilər arasındakı bütün məişət mübahisələrini klanların təyin etdiyi Ağsaqqallar Şurası həll edir.

Sərt iqlim şəraitində bu qüllələrdə qalmaq mümkün deyil, çünki onun içində qızdırıcı yoxdur. Amma bu regionda tez-tez baş verən qar uçqunları və zəlzələ vaxtı buraya sığınmaq mümkündür. Qüllələr xüsusi olaraq seysmik davamlılığı olan özüllər üzərində tikilib və onun küncündən qar uçqununun sürüşüb keçməsi üçün imkan var.

Lakin qüllələrin təpələrindəki boşluqlar onların müdafiə məqsədli olduğunu göstərir. Necə istifadə olunmasından asılı olmayaraq, bu qüllələr möhkəm tikilib və bu səbəbdəndir ki, təxminən, 13 əsrdir burada dimdik dayanıb.

Yerli sakinlər deyirlər ki, Svanetiyaya, ən yaxşısı yayda gəlməkdir. Çünki buranın qışı sərt keçir. Yayda isə dağlar yaşıllığa qərq olur. Amma mənə elə gəlirdi ki, svan qüllələri qışda daha möcüzəvi görünür, xüsusilə də dağlara duman düşəndə. Dumanda onların yalnız başı görünür.

Əgər siz Gürcüstana səfər etmək, ilk növbədə qüllələri gözünüzlə görərək heyran qalmaq, yerli xalqlardan çoxlu maraqlı hekayələr eşitmək, mətbəxdən ləzzət almaq və Qafqaz dağlarının möhtəşəmliyindən güclü enerji yığmaq istəyirsinizzsə, mütləq Svanetiyaya gedin!

Əlaqədar

"Alov qüllələri" sürüşə bilərmi?
Rusiyada 220 metrlik qüllə yerlə bir edildi - VİDEO
Eyfel qülləsinə giriş bağlanır
Dünyanın ən məşhur qülləsinin memarı
Teqlər:
Gürcüstan, qüllə, Svaneti, dağ, Svanetiya, gürcü

Digər fotolentlər

  • Bakıda xüsusi rejimə nəzarət tədbirləri
    Last update: 12:36 28.03.2020
    12:36 28.03.2020

    Bakıda karantin rejiminə nəzarət tədbirləri

    Bakı şəhər Baş Polis İdarəsi şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırıb. İdarədən bildirilib ki, qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.

    124
    18
  • Bakı sosial izolyasiya zamanı
    Last update: 09:18 23.03.2020
    09:18 23.03.2020

    Sosial izolyasiya şəraitində - Bakı küçələrindən reportaj

    Azərbaycan vətəndaşları martın 14-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi izolyasiya rejimində yaşayırlar. Bunun necə olduğuna Sputnik Azərbaycan-ın xüsusi reportajında baxa bilərsiniz.

    133
    24
  • Bakıda Novruz bayramı
    Last update: 18:22 20.03.2020
    18:22 20.03.2020

    Üzü maskalı Novruz – Yurdumuza bahar gəlib

    Novruz bu il həqiqətən də ailə bayramına çevrilib. Hamı öz evindədir – dünyanı ağuşuna alan koronovirus səbəbindən kütləvi tədbirlər, konset və yarmarkalar, festivallar ləğv olunub.

    24
    16
  • Bakıda yel çərşənbəsi
    Last update: 23:52 10.03.2020
    23:52 10.03.2020

    Bakıda yel çərşənbəsi qeyd olundu

    Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

    57
    16

Əsas mövzular