00:51 25 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9068
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini
© Sputnik / Murad Orujov
Jen-Mironosits kilsəsində Milad ayini

Pravoslav xristianları ən əsas bayramları olan İsa Peyğəmbərin anadan olmasını qeyd ediblər. Bakıda yanvarın 6-dan 7-nə keçən gecə Jen-Mironosits kilsəsində bayram tədbiri keçirilib.

Bütün dünyada milyonlarla pravoslav xristian Milad bayramını qeyd edirlər. Beləliklə, onların 40 günlük pəhrizi tamamlanır.

Yanvarın 6-dan 7-sinə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. Ənənəvi olaraq, əsas Milad ayini isə Jen-Mironosits kilsəsində qeyd olunub. Mərasimi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bu bayramı yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət simvolu adlandırıb.

Qeyd edək ki, Milad bayramı ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində Məryəm anadan dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Jen-Mironosits kilsəsində qeyd olunan Milad ayininin şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxın.

Digər fotolentlər

Əsas mövzular