12:38 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
  • Heydər Əliyevin ölümünün 15-ci ildönümü
  • Heydər Əliyevin ölümünün 15-ci ildönümü
  • Heydər Əliyevin ölümünün 15-ci ildönümü
  • Heydər Əliyevin ölümünün 15-ci ildönümü
  • Heydər Əliyevin ölümünün 15-ci ildönümü
  • Heydər Əliyevin ölümünün 15-ci il dönümü

© Sputnik / Murad Orujov Murad Orujov
Heydər Əliyevin ölümünün 15-ci ildönümü

Ölkənin hər yerində olduğu kimi, paytaxt Bakıda da ümummilli liderin xatirəsi yad edilir

BAKI, 12 dekabr — Sputnik. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatından 15 il keçir. Ölkənin hər yerində olduğu kimi, paytaxt Bakıda da ümummilli liderin xatirəsi yad edilir. İnsanlar səhər saatlarından etibarən Fəxri Xiyabanına gələrək, ulu öndərin məzarını ziyarət edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyevin məzarını ziyarətə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - hərbçilər, təhsil, mədəniyyət və tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər və başqaları var.

Azərbaycanlılarla yanaşı ümummilli liderin məzarını Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, nümayəndələri və digər rəsmi şəxslər də Fəxri Xiyabana gəliblər. 

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEV

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək, namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Əlaqədar

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür
Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür
Heydər Əliyev onu bağışladımı?
Heydər Əliyev ilk dəfə 25 il əvvəl prezident seçilib
Teqlər:
Fəxri Xiyaban, anım günü, Heydər Əliyev

Digər fotolentlər

Əsas mövzular