14:58 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
  • Tayvandakı Xexuan dağından baxanda Süd yolu
  • ABŞ-da təbii arkadan görünən Süd yolu
  • Finlandiyada Şimal parıltısı və Süd yolu
  • Süd yolunun okeanın üzərindən görünüşü
  • Perseida meteor axını zamanı Rusiyadan ulduzlu səmanın görünüşü
  • Süd yolunun zəminin üzərindən görünüşü
  • ABŞ-dakı Yelloustoun milli parkının üzərində Süd yolu
  • Avstraliyada turistlər Süd yoluna tamaşa edirlər
  • Süd yolunun fonunda düşən meteorit, Fransa
  • Süd yolunun daha bir görünüşü, Myanma
  • Atakama səhrasındakı Paranal rəsədxanasının üzərində Süd yolu
  • Süd yolunun fonunda meteorit
Tayvandakı Xexuan dağından baxanda Süd yolu

Tərkibində 200 milyarddan artıq ulduz olan Süd yolu qalaktikası spiral şəklindədir

Qalaktika vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qara materiya sisteminə verilən addır. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu, yəni bizim qalaktika Süd Yolu adlanır.

Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırıb. 

Qədim yunanlar bu işıqlı zolağı Süd yolu, “gaxies” adını veriblər. 

Spiral qalaktikalar əsrarəngiz gözəl görünüşə malikdirlər. Yer kürəsinin müxtəlif nöqtələrində Süd yolunu daha yaxşı görmək mümkündür. Ekvator yaxınlığında bu, daha çox özünü büruzə verir.

Sputnik Azərbaycan bu sirli və füsunkar kosmik obyektin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərini sizə təqdim edir.

Digər fotolentlər

Əsas mövzular