05:04 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
  • 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri AdPrint 2018 sərgisi

© Sputnik / Murad Orujov
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi

Bakıda ilk dəfə bir meydançada iki beynəlxalq tematik sərgi - "Reklam və Çap İşləri" və "Hədiyyələr və Promo Məhsulları" sərgiləri keçirilir. Sizə sərginin ilk günündən kadrları təqdim edirik.

20-22 sentyabr tarixlərində "Boulevard Hotel Baku" otelində ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgiləri keçirilir.

AdPrint-2018 sərgisində Azərbaycan, Rusiya və Yaponiyanın aparıcı şirkətləri reklam işini bütün növ və müxtəliflikləri ilə təqdim edir. Yerli şirkətlər stendlərdə öz xidmətlərini, həmçinin müasir texnikanı və proqram təminatını, xammal materiallarını və son məhsulu təqdim edirlər.

1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişafı əks etdirir.

Debüt edən "Gift & Promo Fair 2018" sərgisində Azərbaycan, Almaniya, İndoneziya, Qazaxıstan, Çin, Rusiya və Ukraynanı təmsil edən şirkətlər iştirak edir. Sərgidə əl işi olan suvenirlərin yaradılması üzrə "master-klaslar" da təşkil olunub.

Sputnik Azərbaycan 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi "AdPrint" və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisinin informasiya tərəfdaşıdır.

Teqlər:
sərgi, reklam, "Boulevard Hotel Baku"

Digər fotolentlər

Əsas mövzular