FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Sirli-sehrli Quba xalçalarının toxunduğu məkan

Abunə olmaq
Müəssisənin bir hissəsində qadınlar xalça toxuyurlar, digər hissəsində isə bu əl işləri satışa çıxarılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir.

Dünya mədəniyyətləri arasında xüsusi yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycan xalçalarının YUNESKO-nun şah əsərləri sırasına daxil edilməsi bir daha respublikamızda xalçaçılıq sənətinin qədim tarixi ənənələrinin olmasından xəbər verir.

Əsrarəngiz xalçalarımızı görüb, bəyənib, almaq istəyən xarici və yerli turistlərə hər zaman rast gəlirik. Bu dəfə regionlarımızda xalçaların və qədimi, tarixi əşyaların satışı ilə məşğul olan məkan axtarışına çıxdıq. Və axtarışımız nəticəsiz qalmadı. Quba rayonunda belə bir məkana rast gəldik.

Maraqlı orasındadır ki, müəssisənin bir hissəsində qadınlar xalça toxuyur, digər hissəsində isə bu əl işləri satışa çıxarılır. "Qədim Quba özəl xalça müəssisəsinin" rəhbəri Humay Məmmədova Sputnik Azərbaycan-ın oxucularına həm müəssisə haqqında maraqlı məlumatlar verdi, həm də suallarımızı cavablandırdı.

— Humay xanım, bu müəssisə nə zaman yaranıb?

— Bura əvvəllər dövlət müəssisəsi olub, 2000-ci ildən isə özəl müəssisə kimi fəaliyyət göstərir. Burada 50-dən çox qadın qədim tarixi olan Quba xalçalarını toxuyur və satışa çıxarılır. Satış həm yerli, həm də xarici turistlər tərəfindən aparılır.

— Xalçaların satışında qiymətlər necə tənzimlənir və satışdan nə qədər gəlir əldə edirsiniz?

— Xalçalarımız bu gün dünya bazarına çıxır və üstündə "Quba" sözünü yazmaqla bunu alıcılara təqdim edirik. Beləliklə, bizim xalçalarımız bütün ölkələrdə vətənimizi tanıtmış olur. Rayonumuza gələn bütün turistlər, demək olar ki, müəssisəmizə baş çəkir, xalçalarımızla, qədim əl işləri olan əşyalarla maraqlanırlar və alırlar. Xalçalar ölçülərinə görə dəyişir. Bir sirri sizinlə bölüşmək istəyirəm, belə ki, çox qədim xalçaları xarici turistlərə satmırıq. Xalçaların qiyməti 1000 manatdan 15 min manata qədər təşkil edir. Turistlər ilk əvvəl gəlib toxunma prosesini maraqla izləyirlər və sonda xoşlarına gələn xalçanı satın alırlar.

— İl ərzində nə qədər və hansı ölkələrdən gələn turistlərin sayı üstünlük təşkil edir?

— Bir ara turistlərin sayı azalmışdı, hazırda çoxalıb. Ən çox Ərəb ölkələrindən, Rusiyadan, İsraildən, Almaniyadan və ABŞ-dan olan turistlər müəssisəmizə gəlirlər. Elə ay olur ki, bir həftə ərzində ziyarət edən turistlərin sayı 500-600 nəfər təşkil edir.

— Sizdə ən qədim xalçanın yaşı nə qədərdir?

— Biz, əsasən, yeni xalçalar satırıq. Müəssisəmizin adı "Qədim Quba" olduğu üçün biz burada qədim tarixi xalçalarımızı da satmaq məcburiyyətində qalırıq. Biz həm də qədim xalçaları yenidən həyata qaytarırıq və baha qiymətə satırıq. Onu da sizə bildirim ki, qədim Quba xalçaları, hətta yerli sakinlərin də marağına səbəb olur və alınır. Elə xalçalar var ki, 300-400 yaşı var.

Söhbətimiz əsnasında öyrənirik ki, müəssisədə xalçalarla yanaşı rayonun Yenikənd kəndində hazırlanan saxsı qablar var ki, onlar da satışdadır.

© Sputnik / Leyla Abdullayeva"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj
Qədim Quba özəl xalça müəssisəsindən reportaj - Sputnik Azərbaycan
1/16
"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj

2/16

3/16

4/16

5/16

6/16

7/16

8/16

9/16

10/16

11/16

12/16

13/16
"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj
© Sputnik / Leyla Abdullayeva"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj /
Qədim Quba özəl xalça müəssisəsindən reportaj / - Sputnik Azərbaycan
14/16
"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj /
© Sputnik / Leyla Abdullayeva"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj
Qədim Quba özəl xalça müəssisəsindən reportaj - Sputnik Azərbaycan
15/16
"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj
© Sputnik / Leyla Abdullayeva"Qədim Quba" özəl xalça müəssisəsindən reportaj
Qədim Quba özəl xalça müəssisəsindən reportaj - Sputnik Azərbaycan
16/16

Xəbər lenti
0