12:06 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
  • Bakıda yeni kartinq mərkəzi
© Sputnik / Murad Orujov
Bakıda yeni kartinq mərkəzi

Bakı Kartinq Mərkəzində ən müasir texnologiyalar quraşdırılıb

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin açılışı olub.

Aprelin 20-də açılışı olmuş Bakı Kartinq Mərkəzində ən müasir texnologiyalar quraşdırılıb. Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın "SODİ KARTS" şirkəti tərəfindən istehsal edilib. Bu kartlar texniki göstəriciləri, rahatlığı, müasir tərtibatı və ən əsası təhlükəsizliyi baxımından digərlərindən fərqlənir.

Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin təsirini azaltmaqla yanaşı, həm də onun bütün baryer boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi dəbilqələr və od keçirməyən kombinezonlar da verilir.

Mərkəz hazırda ölkəmizdə ən böyük kartinqdir. Uzunluğu 802 metr olan trek 22 döngədən ibarətdir. Trasın ən uzun və düz hissəsi 69 metrdir.

Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Kartları idarə etməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər. Mərkəzin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

Bakı Şəhər Kartinq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva açılış zamanı bildirib ki, indi avtoidmana maraq göstərən gənclərimiz təkcə Formula 1-i izləməklə kifayətlənməyəcək, həm də bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə biləcəklər. Onun fikrincə, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq.

Mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkarlar da iştirak edə biləcəklər. Yerli kadrların hazırlanması məqsədilə gələcəkdə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili nəzərdə tutulur.

Digər fotolentlər

Əsas mövzular