CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəran sakini xərçəngin qənimi olan toyuq saxlayır

Abunə olmaq
Vətəni İndoneziya olan bu toyuqların əti də tükləri kimi qapqaradır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Allah hər bir insanı özünəməxsus xüsusiyyətdə yaradıb. İnsanların əksəriyyəti də sevdikləri işin, sənətin sahib olub: Kimi maşınları sevdiyi üçün maşın ustası, kimi də ağacları, çiçəkləri sevdiyi üçün bağban.

Lənkəran rayonunun Liman şəhər sakini, 72 yaşlı Mir Abbas Abbasov isə çöl quşlarını, xüsusən də nadir tapılan quşları sevir. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Abbasov deyir ki, bu həvəs onda uşaq yaşlarından yaranıb: "Qədimdə quş ovuna gedəndə tüfəngdən istifadə etməzdilər. Şahin quşu ilə ov edərdilər və mənim babam da elə Şahin quşu ilə ov edərmiş. Bəlkə də bu həvəs mənə babamdan irsən keçib".

"SSRİ-də ilk dəfə Türkmənistanda — Aşqabadda turac artırmağa başladılar. Mən də o vaxt gənc idim və gedib bir il Türkmənistanda qaldım, turac artırma ilə məşğul oldum. Sonra Moskvadakı zooparkda durna quşunun süni mayalanma yolu ilə artırılmasıyla məşğul oldum. Ali təhsilimi Sankt Peterburqda almışam" — müsahibimiz danışır.

Mir Abbas Abbasov bildirir ki, hazırda həyətində 30-a yaxın nadir quş növü saxlayıb artırır. 15 növə yaxın ev quşları da var. Ev quşlarının içərisində ən çox maraq doğuran isə ayam çemani toyuqlarıdır.

"Vətəni İndoneziya olan bu toyuqların əti də tükləri kimi qapqaradır. Rəvayətə görə, bir vaxtlar bu toyuqların ətindən xərçəng xəstəliyinin müalicəsində istifadə edirmişlər. Bir professor o vaxtlar İndoneziyada bu toyuqları saxlayırmış. Sonra professor ölür, oğlu bu toyuqları Yava adasına aparır və orada saxlayıb çoxaldır" — həmsöhbətimiz deyir.

"Mən bu toyuqları 7-8 il öncə Polşadan alıb gətirmişəm. İnternetdə bu toyuqların qanının və yumurtalarının da qapqara olduğunu deyirlər, amma yalandır. İstəsəniz, baxın (yumurtaları göstərir), yumurtaları adi toyuq yumurtası kimidir və qanı da qırmızıdır" — o, əlavə edir.

M.A.Abbasov bu quşları satmaq, biznes qurmaq üçün saxlamadığını qeyd edir: "Mən bu quşları yemləməklə, saylarını artırmaqla rahatlıq tapıram. Quşlara qayğı göstərmək mənə həzz verir. Belə deyim də, ruhum dincəlir".

Lənkəran sakini çöl quşlarının saxlanılmasının elə də asan olmadığını vurğulayır və bu işdə üzləşdiyi problemləri bölüşür: "Bu nadir quşları saxlayıb artırmağım üçün ən böyük problemim yem məsələsidir. Əvvəl yem ucuz idi, 200 növə yaxın quş saxlayırdım, indi isə cəmi 30 növdür. İndi yem bahadır, yem çatdıra bilmirəm. Quşlara gündəlik 30 kq-a yaxın yem vermək məcburiyyətindəyəm. Bunlara həm dən verirəm, həm də qarışıq yemək. Qarışıq yeməyi əvvəl sifariş edirdim, indi alınmır".

"Bir ara quşlar üçün "şəkər yem" adlanan yem alardım. Daha almıram. O yemi aparıb laboratoriyada yoxlatdırdım, tərkibində heç 3 qram vitamin çıxmadı. Bunun da quşlara qətiyyən xeyri yoxdur. Qəndini ayırıb, jmıxla dəni qarışdırıb sıxırlar və satanda da üstündə yazırlar ki, filan qədər vitamini var. Vitaminli olmadığı üçün vermirəm. Əvəzində ətrafdan topladığım gicitikən otunu yığıram, xırda-xırda doğrayıb quşlara verirəm. Gicitkəndə olan vitamin heç nədə yoxdur, çox xeyirlidir" – müsahibimiz danışır.

Mir Abbas dayı saxladığı quşların müalicəyə ehtiyacı olmadığını və onların xəstələnməməsi üçün daim profilaktik tədbirlər gördüyünü qeyd edir: "Allaha çox şükür, heç bir xəstəlikləri yoxdur. Bütün dərman və peyvəndlərini alıram. Bu quşların xüsusiyyətlərini çox yaxşı bildiyim üçün profilaktik işləri özüm görürəm. Bunları saxladığım yerin girəcəyinin ağzına həm çöldən, həm də içəridən dərman tökürəm ki, quşları yemləməyə içəri girəndə çöldən ayaqqabılara yapışan mikroblar içəri girməsin və şükür Allaha ki, bu günə kimi də xəstələnməyiblər".

O, adı "Qırmızı kitab"a düşən və nəsli kəsilməkdə olan quş növlərindən də artırdığını vurğulayır: "Bir müddət əvvəl bizim yerlərdə sultan toyuğu, demək olar ki, yox idi. Sayı kəskin azalmışdı. Mən həmin vaxt Kurkasa adasında işləyirdim və ora nəzarət edirdim. Evdə sultan toyuğu saxlayıb sayını 100-ə çatdırdım və aparıb bizim Qızılağac qoruğuna buraxdım. Bir müddət sonra isə sayları daha da çoxaldı".

"İndi məndə nadir növ qazlar: qızıl fazan, almaz fazan, çəhrayı qızılqaz (flaminqo), mandarinka, Kaliforniya və Çin qırqovulları və 3 növ ipək tüklü toyuq: qara qanad, ağ qanad və adi tovuz quşu, həmçinin vətəni Çin, boyu 5-6 sm və çəkisi təqribən 50 qram olan Hindistan qırqovulu var" — həmsöhbətimiz vurğulayır.

M.A.Abbasov saxladığı quşları necə artırdığından, onların özəlliklərindən də danışır: "Bunların yumurtalarını toplayıb inkubatora qoyaraq bala alıram. Quşlarda bir xüsusiyyət var ki, yuvalarında yumurta gördükdə daha yumurta qoymurlar. Ona görə də quşu aldadaraq yumurtanı götürürəm ki, yenə yumurta qoysun. Məsələn, Tovuzquşu 4 ədəd yumurta qoyur və 20 il yaşayır. Mən isə 20-30 ədəd Tovuzquşu balasını inkubatordan artıq götürmüşəm".

"Çöl quşları arasında ən maraqlılarından biri flaminqodur. Bunları bir neçə il öncə Ukraynadan gətirib çoxaltmışam. Onlar yumurtalarını suda qoyur. Flaminqolar su hövzəsində yaşadığı üçün onlara həyətimdə hovuz da tikmişəm. Buna görə də hər dəfə gəlib hovuzun içərisini yoxlayıram, yumurta olan kimi aparıb inkubatora qoyuram" — o bildirir.

"Saxladığım quşlara baxmaq üçün məktəblilər və müəllimlər də tez-tez gəlirlər. Allah mənə nə qədər ömür veribsə, mən bu işlə məşğul olacağam. Məndən sonra kimsə məşğul olmaq istəsə, ona öyrədərəm ki, bu iş davam etdirsin" – deyən Mir Abbas Abbasov ən böyük arzusunun Lənkəranda zoopark yaradılması olduğunu dilə gətirir.

Bu işdə əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu bildirir. Onun fikrincə, Lənkəranda zooparkın olması həm bölgədə turizmin inkişafına yardım edər, həm də gəncləri zərərli vərdişlərdən uzaqlaşdırar.

© Sputnik / Rahim MuradovLənkəran rayonunun Liman şəhər sakini Mir Abbas Abbasovun həyətində saxladığı nadir quşlar
Lənkəran rayonunun Liman şəhər sakini Mir Abbas Abbasovun həyətində saxladığı nadir quşlar - Sputnik Azərbaycan
1/14
Lənkəran rayonunun Liman şəhər sakini Mir Abbas Abbasovun həyətində saxladığı nadir quşlar

2/14

3/14

4/14

5/14

6/14

7/14

8/14

9/14

10/14

11/14

12/14

13/14

14/14

Xəbər lenti
0