05:53 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Qəbələ sakini Asim Mustafayevin düzəltdiyi heykəllər

© Sputnik / Ilham Ahmadov
Qəbələ sakini Asim Mustafayevin düzəltdiyi heykəllər

Heykəltəraşın həyat verdiyi yüzlərlə əl işi, hansına nağılın qəhrəmanı və ya ətrafımızda dolaşan heyvanların fiqurlarıdır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Qəbələ sakini Asim Mustafayev heykəltəraş-rəssamdır. Onun əl işlərini görənlər maraqlarını gizlədə bilmirlər. Xüsusən də uşaqlar onun yaratdığı əsərlərə heyran qalırlar.

Heykəltəraşın həyat verdiyi yüzlərlə əl işi, hansına nağılın qəhrəmanı və ya ətrafımızda dolaşan heyvanların fiqurlarıdır. Maraqlı cəhət odur ki, sənətkar heykəllərin çoxunu tullantılardan hazırlayır.

Asim Mustafayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, heykəlləri hazırlamamışdan öncə onu beynində dizayn edir, daha sonra kağız üzərinə köçürərək işə başlayır: "Burada əsas məsələ diqqətdir. Bəlkə də asan görünə bilər, amma asan iş deyil. İnsan zehni olaraq çox yorulur".

Sənətkarın hələ tamamlamadığı işlər də az deyil. Bu işlərin hamısının bir-birindən maraqlı və özünəməxsus hekayəsi var. Əsasən şabalıd, qoz, bir də palıd ağacından istifadə edir. Deyir ki, bu sənət əsərlərini yaratmaq üçün yüz ölçüb, bir biçməlisən.

Bir də sözsüz ki, əl işinə görə ağac seçilməsi var: "İstifadə etdiyim materiallar arasında fındıq və əncir ağacı da var. Diqqət lazımdır bunları seçmək üçün. Bəzən yararsız bildiyimiz tullantılardan ən maraqlı əl işlərini yaratmaq mümkündür. Bu əl işləri yüzlərlə insanın marağına səbəb olur və onu almaq istəyənlərin sayı da olduqca çoxdur".

Onun düşüncəsinə görə, ideya olduqdan sonra tullantı deyilən heç nə yoxdur: "Hər bir tullantıdan nə isə düzəltmək mümkündür. Sadəcə bir az fikirləşmək lazımdır".

"Həmişə fikir verirdim ki, bayram günlərində köhnə təkərləri yandırırlar. Ətraf mühit korlanır. Fikirləşirdim ki, bundan nə isə bir gözəllik əldə edim və bunu bacardım. İndi təkərləri fərqli üslubda kəsərək, onlardan gül qabı kimi istifadə edirəm" — A. Mustafayev danışır.

Ustanın düzəldiyi yüzlərlə əl işi hansısa həyəti və ya restoranın interyerini bəzəməkdədir. Hazırda fərqli sifarişlər üzərində işləyir və kifayət qədər sifarişi var.

Əlaqədar

Özünü parkur ustası sayan sərnişinin aqibəti faciəli oldu
Xariciləri valeh edən azərbaycanlı usta
Ehtiyatsızlıq ustanın həyatına son qoydu
Əcnəbilər azərbaycanlı ustanın əl işlərini "yerə düşməyə" qoymurlar
Amerikalı ekspertdən azərbaycanlılara ustad dərsi
Azərbaycanlı ustaların əlləri yüzillik texnologiya ilə xalça toxuyur
Teqlər:
Asim Mustafayev, tullantı, heykəltəraş, material, əsər, rəssam, heykəl, Qəbələ, ağac

Digər fotolentlər

Əsas mövzular