13:44 23 Oktyabr 2017
Canlı yayım
FOTO

Artıq məmurlar da onların əlindən dad edirlər

Qısa URL
519 0 0
  • İsmayıllı şəhərinin mərkəzindəki Azərbaycan-Fransa dostluq parkı

© Sputnik / Ilham Ahmadov
İsmayıllı şəhərinin mərkəzindəki Azərbaycan-Fransa dostluq parkı

Qəribəsi odur ki, bu vəziyyəti yaradan elə həmin insanların özləridir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. İsmayıllıda sakinlərin istirahəti, uşaqların əyləncəsi üçün nəzərdə tutulan parklar, istirahət məkanlarını yox, xarabalığı xatırladır. İnsanlar bu mənzərədən narazıdırlar. Ancaq qəribəsi də budur ki, bu vəziyyəti yaradan elə həmin insanların özləridir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, "əhalinin əyləncəsi üçün məkanlar azlıq təşkil edir" deyərək şikayət edən də yerli sakinlərdir, olan məkanları bərbad vəziyyətə salan da. Parklarda oturacaqlar, ağaclar qırılıb, işıqlandırma sistemləri sıradan çıxıb.

Bu azmış kimi, insanlar məişət tullantılarını da parka atırlar. İsmayıllı şəhərinin mərkəzi parklarında ətrafa atılan zibillər xoşagəlməz mənzərə yaradır.

İribuynuzlu mal-qaranın da parklarda otlaması yaradılan yaşıllığa və gözəlliyə xələl gətirir. Yaranan mənzərə, xüsusilə də axşam saatlarında istirahət məqsədilə parka üz tutanların narazılığına səbəb olur.

Rayon sakinləri bildirirlər ki, dəfələrlə müvafiq qurumlara şikayət edilsə də, bu məsələ hələ də həllini tapmayıb. Ərazinin tullantılardan təmizlənməsi və xüsusi nəzarətçinin ayrılması üçün heç bir iş görülmür. İnsanlar zibil qablarının azlığı, eləcə də maarifləndirici lövhələrin olmamasından şikayət edirlər.

Aidiyyəti qurumlar da bu məsələdə sakinləri günahlandırır. Rəsmi qurumların nümayəndələri, turizm şəhəri olan və hər il yetərincə turistə ev sahibliyi edən İsmayıllıda bu cür halların yolverilməz olduğunu bildirirlər.

Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndiyili və kommunal təsərrüfat idarəsi də, problemin sırf insanların laqeydliyi, eləcə də parkda yaradılmış şəraitlə kobud davranılmasından meydana gəldiyini vurğulayıblar.

Əlaqədar

İstirahət mərkəzinin sahibi quş saxladığına görə cərimələndi
Dünya liderləri necə istirahət edirlər
İstirahətə tələsməyin: hava xəbərdarlığı
İstirahət mərkəzində ölüm
Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub
Əhalinin nəzərinə: İstirahət mərkəzlərində dəhşətli virus yayılıb
Teqlər:
park, İsmayıllı, əyləncə, istirahət, sakin, əhali, insan, uşaq

Digər fotolentlər

Əsas mövzular