Futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşıb.
Qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
Oyunun 9-cu dəqiqəsində Leon Qoretzkanın vurduğu qola 34-cü dəqiqədə Ramil Şeydayev qolla cavab verib.
İkinci hissədə Vaqner (56-cı dəqiqə) almanları yenidən irəli çıxarıb. 66-cı dəqiqədə Qoretzka hesab arasındakı fərqi artırıb. 64 və 81-ci dəqiqələrdə isə Rüdiger və Can daha iki top vurublar — 5:1.