04:07 26 Sentyabr 2017
Canlı yayım
FOTO

Gəncəyə hücum planı, hərbi qarnizonun qalıqları və təhdid məktubları...

Qısa URL
235 0 0
  • Qədim Şəmkir şəhəri ərazisində arxeoloji qazıntılar

© Sputnik / İlham Mustafa
Qədim Şəmkir şəhəri ərazisində arxeoloji qazıntılar

Arxeoloq, ərazinin yaşayış məskəni kimi daha qədim dövrlərə aid olduğunu, qazıntılar zamanı buradan 3000 ilədək yaşı olan qəbirlər tapıldığını deyir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Qədim Şəmkir hazırda rayon mərkəzinin yerləşdiyi ərazidən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında mövcud olub. V–VI əsrlərdə artıq şəhər kimi formalaşan yaşayış məskəni Kiçik Qafqaz dağlarından əsasını götürən, bir zamanların bol sulu Şəmkir çayının sahilində, Böyük İpək yolunun üzərində yerləşib.

Xalq arasında müxtəlif adlarla adlandırılan, üzərini örtmüş torpaq qatının altından yalnız alçaq divar qalıqları çıxan məkanda, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 2007-ci ildə apardığı arxeoloji qazıntıları nəticəsində şəhərin əsl adı və əzəməti üzə çıxıb. 10 ilə yaxindir davam edən qazıntılar zamanı şəhərin mərkəzi hissəsi olan səkkiz qülləli, dörd qapılı Narınqala, onun küçələri, iç qalanın giriş qapıları, Əhəmənilər dövrünə aid saray binası aşkar olunub və abidəni bir açıq muzey halına gətirib.

30 ha ərazini əhatə edən qədim Şəmkir şəhəri bir tərəfdən Şəmkirçayla, digər 3 tərəfi isə təbii sərhədlərlə – təpəliklərlə əhatə olunub. Şəhəri Şəmkirçayın digər sahili ilə tikiliş və quruluşuna görə Xudafərin körpüsünə bənzəyən, dövrümüzədək isə ancaq bir neçə sütunu qalan körpü birləşdirib. Bu tarixi şəhərimizdə hələ 8-ci əsrdə içməli su və kanalizasiya sistemləri mövcud olub. Uzaq məsafədən saxsı materiallarla hazırlanmış borular vasitəsilə Narınqala içməli su ilə təmin olunub. Digər saxsı boru xətlərilə isə tullantı sular xaric edilib.

Ərazidə aparılan qazıntılar zamanı Xilafət dövrünə, Bizans imperiyasına, Gürcü çarlığına və bəzi digər dövlətlərə məxsus pul vahidləri və maddi mədəniyyət nümunələri aşkarlanaraq Azərbaycan Milli Tarix Muzeyinə təhvil verilib. Ekspedisiya rəhbəri Rəşid Bəşirov bunu ərazinin qədim İpək yolu üzərində yerləşməsi və burada beynəlxalq ticarət əlaqələrinin inkişaf etməsi ilə əlaqələndirir.

Arxeoloq, orta əsr ərəb müəlliflərinin əsərlərində rast gəlinən Şəmkir şəhəri haqda kiçik həcmli, lakin gözəl şəhər kimi bəhs edildiyini bildirir. Şəhərin VI əsrdən başlayaraq mövcudluğundan danışan Rəşid müəllim, ərazinin yaşayış məskəni kimi daha qədim dövrlərə aid olduğunu, qazıntılar zamanı buradan 3000 ilədək yaşı olan qəbirlər tapıldığını deyir.

Rəşid Bəşirov Şəmkir qalasında aparılan uzunmüddətli araşdırmaların məqsədini Sputnik Azərbaycan-a açıqlayıb: "Bizim qarşımıza qoyduğumuz məqsəd, qədim Şəmkiri araşdırmaqla onun timsalında bütün orta əsr Azərbaycan şəhərlərini, onun iqtisadiyyatı, memarlığı, sənətkarlığı, sakinlərinin məişəti və güzəranını öyrənməkdir. Bütün bunları öyrənmək üçün Şəmkir qalasında maddi abidələr və imkanları daha genişdir".

Şəmkir şəhəri XIII əsrin 30-cu illərində monqollarin ikinci yürüşü zaman süqut etsə də, yaşayış məskəni kimi bir müddət öz varlığını qoruyub. Müəyyən vaxtlarda bura Hülakilər, Çobanilər, ən sonda isə rusların hücumlarına məruz qalıb.

XIX əsrin əvvəllərində çar qoşununun bu ərazidə düşərgə saldığını bildirən Rəşid Bəşirovun sözlərinə görə, ərazidə "Hərbi Qarnizon"un qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri də aşkarlanıb. Sisianovun Gəncə hücumu ərəfəsində Cavad xana məktubları da buradan göndərdiyi ehtimal edilir.

Qədim şəhər-qalanın ərazisində arxeoloji tədqiqatlar hələ də davam edir. Şəmkirdə üzə çıxarılan abidələr və məkanlar bu ərazidə tarixi turizm potensialının inkişafına geniş imkan yaradır.

Əlaqədar

Sirli Cəlilabad: Açıq səma altındakı qədim abidə
Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
Tərtərdəki tarixi abidə Ermənistanın hədəfində
Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə ucaldılıb
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
Teqlər:
qədim şəhər, Şəmkir, abidə, tarix, Azərbaycan

Digər fotolentlər

Əsas mövzular