03:44 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Goranboy rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı bina

© Sputnik / Ilham Mustafa
Goranboy rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı bina

Şəhid və müharibə əlillərinin ailələri çıxılmaz vəziyyətlə üz-üzə qalıb

İlham Mustafa. Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Goranboy rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı bina qəzalı vəziyyətdədir. Şəhərin Civəzadə 17a ünvanında yerləşən ikimərtəbəli, səkkiz ailəlik bina hər an uçmaq təhlükəsi ilə üz üzə qalıb.

Sakinlərin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə 2007-ci ilin dekabrında 4 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili ailəsinin köçdüyü mənzillər, bir il keçməmiş çatlar verməyə başlayıb. 2014-cü ildən isə tam qəzalı vəziyyətə düşüb. Bu 3 il ərzində müraciət etmədikləri təşakilatın qalmadığını deyən şəhid ailələri və Qarabağ əlilləri, onların şikayətlərinin nəticəsiz qaldığını bildirirlər.

II qrup Qarabağ müharibəsi əlili Afiq Atakişiyev binada sanki sementdən istifadə olunmadığını deyir: "Hara əlini vurusan, uçur-dağılır, ovxalanır. Evimiz çat-çatdır. Neçə dəfə təmir etdirib çatların üzərini yamasaq da, xeyri yoxdur, paralanıb gedir. Evimizə qorxa-qorxa giririk. Hər an uça bilər. Bir Allah bilir ki, biz burda nə çəkirik".

Şəhid ailəsindən olan Ədalət Orucova isə, qeyd edir ki, icra hakimiyyəti tərəfindən onalardan evlərini tərk etmələri tələb olunur: "Hara yazmışıqsa, deyirlər, "məktubunuz icra hakimiyyətinə göndərilib, həll olunacaq". İcra hakimiyyətindən isə gəlib deyirlər, "çıxın evlərinizdən".

"Sentyabr ayının birindən də bütün kommunal xidmətlər dayandırılıb. Gedəcəyimiz yer də yoxdur. Hara gedək? Bizə deyirlər, "bu ilin axırına kimi kirayə haqqı ilə təmin olunacaqsınız, ondan sonra isə biz bir söz deyə bilmərik". Bəs onnan sonra biz nə edəcəyik, hara gedəcəyik?"- deyir Ədalət xanım.

Sözügedən binanın başqa bir sakini Təranə Civəzadə də yaşadıqları problemi dilə gətirir: "Sağ olsunlar, yerləşdirdilər. Biz də sevindik ki, bizi nəzərə alıdılar, ev verdilər. Amma sevincimiz gözümüzdə qaldı. Bir il keçmədi ki, başladı başımıza uçmağa. Hara müraciət edirik, deyirlər, "binanı biz tikməmişik". Sözümüzü deməyə yer tapmırıq".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun memarlıq və tikinti şöbəsinin müdiri Qabil Hüseynov bildirib ki, binanın acınaqcaqlı vəziyyətdə olmasından xəbərdardırlar.

"Sözügedən binanın təmirinə külli miqdarda vəsait lazım olduğundan, yerli icra strukturu bu işin öhdəsindən gəlmək iqtidarında deyil" — Hüseynov əlavə edib.

Sakinlər evlərini tərk edəcəkləri təqdirdə, yalnız yanvar ayınadək kirayə haqqı ilə təmin olunacaqları fikrinə də münasibət bildirən baş memar, belə bir fikrin yanlış anlaşılma nəticəsində yarana biləcəyini deyib: "Əgər onlara bu haqda yazılı sənəd verilməyibsə, bunlar ara sözündən başqa bir şey ola bilməz".

Əlaqədar

Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"
Qəzalı yataqxanaların sakinlərinə ayda 250 manat kirayə pulu ödəniləcək
Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
Teqlər:
şəhid ailələri, Qarabağ əlilləri, Goranboy rayonu, qəzalı, sakin, bina

Digər fotolentlər

Əsas mövzular