14:58 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
  • Gədəbəy rayonundakı Qanlı körpü
© Sputnik / Ilham Mustafa
Gədəbəy rayonundakı "Qanlı körpü"

O gündən bu hadisə el arasında dəhşətli anılır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 avgust — Sputnik. Gədəbəy rayonu özünün gözəl, əsrarəngiz təbiəti, mineral suları ilə məşhur olan, hər addımında tarixin canlı səhifələri ilə üzləşdiyimiz bölgələrdən biridir. Bundan başqa rayona məşhurluq gətirən, həm də burada qızıl, kobalt və mislə zəngin mədənlərin olmasıdır. Məhz bu təbii sərvətlər, dünyaca məşhur alman brendi olan "Siemens" şirkətini, hələ 150 il əvvəl buralara gətirmişdi.

Siemenslər Gədəbəydə əvvəl yerli sahibkarların inşa etdiyi misəritmə zavodunu alaraq yenidən qurmuş, burada külli miqdarda qızıl, gümüş və kobalt istehsal etmişdilər. Bu gün də Gədəbəy rayonunda Siemens qardaşlarının adı ilə bağlı bir çox tikili və abidələrə rast gəlmək mümkündür. Onlardan günümüzədək qismən salamat qalan və öz möhtəşəmliyi ilə daha çox seçilənləri "Siemens körpüləri"dir.

İstehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün, bu qardaşlar 1879-cu ildə Zaqafqaziyada ilk dəfə, uzunluğu 28 km olan Gədəbəy-Qarakənd dəmir yolunu istifadəyə verdilər. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün, yol üzərində daş körpülər inşa edildi.

Tezliklə bu körpülərin sayı 7-yə çatdı. Bu körpülərdən bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. Bu körpülərdən ən məşhur olanını rayon sakinləri "Qanlı körpü" adlandırıblar.

Bunun da faciəli tarixçəsi var. Körpü yaxınlığında ot biçən Çalburun kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, o zaman mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib.

Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir. Abidə zaman-zaman həm insan, həm də təbii dağıntılara məruz qalsa da, yenə öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayır…

Əlaqədar

Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
Tərtərdəki tarixi abidə Ermənistanın hədəfində
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
Rusiyada türk əsgərlərinə abidə ucaldılacaq
Sıldırımlarla əhatə olunan, güllə batmayan sirli Torpaqqala
Teqlər:
"Qanlı körpü", "Siemens" şirkəti, fəhlə, Gədəbəy, mədən, körpü

Digər fotolentlər

  • Сaz festivalıın açılışı: ecazkar musiqi və Qız qalası üzərində video installyasiya
    Last update: 22:19 18.10.2019
    22:19 18.10.2019

    Festival başlandı: Qız qalası caz rənglərinə büründü

    Ənənəvi Baku Jazz payız festivalı İçərişəhərdə açıq havada rəngarəng konsert və Qız qalasının üzərinə proyeksiya olunan installyasiya ilə başlandı. Musiqi bayramının ilk günündən kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

    22
    24
  • Astarada naringi yığımına başlanılıb
    Last update: 19:03 18.10.2019
    19:03 18.10.2019

    Astaranın ətirli "zümrüdləri": Yeni ilin dadlı rəmzi süfrələrə yol alır

    Astara sitrusçuları tezyetişən “Karli” sortundan olan naringilərin yığımına başlayıblar. Kijəbə qəsəbəsində tədarük işlərini Sputnik Azərbaycan-ın fotolentində izləyin

    18
    15
  • Amerikalı model Bella Hadid
    Last update: 09:15 18.10.2019
    09:15 18.10.2019

    Qaynar onluq: Dünyanın ən gözəl qızları

    Supermodel Bella Hadid dünyanın ən gözəl qızı elan edilib – tədqiqatlar göstərib ki, onun üz cizgiləri idealdır. Dünyanın ən gözəl qızlarının top onluğuna bizim fotolentdə baxa bilərsiz

    666
    10
  • İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində
    Last update: 16:35 15.10.2019
    16:35 15.10.2019

    Fanat sevinci: İranlı qadınları qırx ildən sonra stadiona buraxıblar

    Futbol azarkeşi olan iranlı qadınlar öz qələbələrini qeyd edirlər. Onlar 1979-cu il İran İslam İnqilabından sonra öz sevimli komandalarına azarkeşlik etmək üçün ilk dəfə stadiona buraxılmaq hüququ əldə ediblər

    463
    14

Əsas mövzular