16:34 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
  • Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə onun Fəxri xiyabandakı məzarı ziyarət edilib

© Sputnik / Murad Orujov
Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə onun Fəxri xiyabandakı məzarı ziyarət edilib

Görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə onun Fəxri xiyabandakı məzarı ziyarət edilib

Sputnik Azərbaycan xəbər verir ki, ziyarətdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, mərhumun həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, xalq artisti Eldar Quliyev, Rəssamlar İttifaqının prezidenti Fərhad Xəlilov, görkəmli heykəltəraş Ömər Eldarov, digər mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Müslüm Maqomayevin Azərbaycan vokal sənətinin inkişafına töhfəsini yüksək qiymətləndirib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Maqomayevin Azərbaycanla Rusiyanı birləşdirdiyini, iki xalqın övladı olduğunu bəyan edib.

Çıxışlardan sonra mərhumun məzarı önünə əklillər və gül dəstələri düzülüb.

Populyar müğənni, sovet estradasının əfsanəsi Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Digər fotolentlər

Əsas mövzular